Sentyabrın 24-də Quba rayonunun bəzi kəndlərinə ilk qar yağıb. Seyyah.az xəbər verir ki, ilk qar Qubanın Xınalıq, Buduq və Qırız kəndlərinə düşüb. Qısa müddətdə yağan qar yeri nazik ağ örpəyə bürüyüb. Qardan sonra Xınalıq kəndinə qısamüddətli dolu da yağıb. Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.
Baxılıb: 1495
Digər albomlar