Yəqin ki, əksəriyyətiniz Estoniyanın cənub-qərbindəki kiçik liman şəhərini nəinki görmüsünüz, hətta adını da eşitməmisiniz. Bura Pyarnu şəhəridir. Sakinlərinin sayı 50 min nəfərə də çatmır, amma əhalisinə görə, Tallin, Tartu və Narvadan sonra Estoniyanın 4-cü böyük şəhəri sayılır. 1251-ci ildə salınmış bu şəhər Hanza İttifaqının üzvü olub və hazırda Estoniyanın Baltik sahilinin əsas kurort şəhəri sayılır. Amma deyim ki, bizim kurort anlamı üçün bura çox sərindir. Avqustun sonunda burada gödəkçəsiz keçinmək olmur. Pyarnuda həddən artıq yaşıllıq və parklar var. Sakit, səliqəli və təmiz şəhərdir. Seyyah.az Pyarnuda səfərdə olmuş Facebook istifadəçisi Lala Babayevayanın bu gözəl şəhərdən fotolarını təqdim edir.
Baxılıb: 6466
Digər albomlar