Bavariya təkcə Münxendən ibarət deyil, Almaniyanın bu ən böyük əyalətinin yeddi inzibati dairəsində onlarca tarixi şəhər yerləşir. Biz onlardan ikisinə - Yuxarı Bavariyadakı Bad-Ayblinqə və Prin-am-Kimzeyə getdik. Onların hər birinin öz unikallığı və görməli yerləri var. Alp regionuna aid bu kurort şəhərləri sağlamlıq və spa turizmi, təbiət qoynunda ailəvi və fəal istirahət imkanları ilə məşhurdur. Belə ki, Bad-Ayblinq ölkənin ən qədim palçıq kurortudur, Prin-am-Kimzedə isə Knayp su müalicəsi metodu geniş tətbiq edilir. Bundan başqa, Prin-am-Kimzedə eyniadlı gölün sahilində Bavariya kralı II Lüdviqin ən qiymətli və dəbdəbəli qəsri yerləşir.
Baxılıb: 5402
Digər albomlar