Göyçayda möhtəşəm Nar Bayramı - FOTOSESSİYA

Noyabrın 5-də Göyçay rayonunda 11-ci Nar Bayramı keçirilir. Seyyah.az-ın məlumatına görə, rayonda Bayrama ciddi hazırlıq görülüb. Göyçay şəhərinin mərkəzi küçələrində iməciliklər keçirilib, təmizlik-abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, küçələr, səkilər təmir edilib, hasarlar rənglənib. Nar bayramının keçiriləcəyi Göyçay şəhər stadionunda əsaslı təmir işləri görülüb. Ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır.

Bundan əlavə, rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz, sehrbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar. Nar bayramı ilə əlaqədar təşkilat komitəsi yaradılıb, tədbirlər planı hazırlanıb. Bayram tədbiri zamanı rayonda nar məhsullarından ibarət yarmarkalar, müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil ediləcək. Tədbirdə ən böyük nar nümayiş olunacaq və sahibinə pul mükafatı veriləcək.

 

Xatırladaq ki, nar bayramının iştirakçıları arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları olacaq. Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə 11-ci dəfə keçiriləcək Nar bayramında bir neçə yeniliyin olacağı da bildirilir. Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.

Get Adobe Flash player
Tur axtar
Ölkə seçin
Şəhər seçin

Get Adobe Flash player
Otel və ist. mərkəzi axtar
Rayon seçin

Biz facebook-da