Haqqından danışdığımız məmləkət kifayət qədər bahalı ölkədir. Odur ki, pullarınızı boş yerə səpələmək istəmirsinizsə, səfərdən əvvəl bütün xərcləri qəpiyinizə qədər hesablayın. Bunun üçün neçə ip ucu verə bilərək. Məsələn, Oslo Hava Limanı ilə mərkəz arası nəqliyyat üçün ən ideal seçim flytogetdir (sürətli qatar). Onunla 20 dəqiqədə şəhər mərkəzində olacaqsınız. Yerli supermarketlərdə ərzaq məhsullarının qiyməti olduqca bahadır. Burada tikinti, taksi, gözəllik salonları kimi digər xidmət növləri də hədsiz bahalığı ilə seçilir. Bu da avtonəqliyyat vergilərinin kifayət qədər yüksək olması ilə izah edilir. Avtonəqliyyat əsasən dizel yanacağı ilə işləyir. Avtomobilin kirayə haqları Avropada mövcud olan orta qiymətlərdən 2-3 dəfə yüksəkdir. Ən maraqlısı odur ki, Norveç yollarında bahalı avtomobilləri nadir hallarda görmək olar. Buna baxmayaraq, Norveçdə avianəqliyyat qiymətləri son dərəcə ucuz və xidmətin keyfiyyəti digər Avropa ölkələrindən xeyli üstündür.

Avropanın ən bahalı hamburgerləri Norveçdə satılır. Ona görə də “fast-food” restoranlarından birinə baş çəkəndə ŞOK qiymətlərə özünüzü əvvəlcədən hazırlayın. Yeməkdən söz düşmüşkən, şimal ölkəsinin sərt təbiəti və yerli məhsulları onun mətbəxini özünəməxsus edib. İlk növbədə norveçlilər balıq yeməklərinə üstünlük verir. Qızıl balıq məhsullarının əsas ixracı da Norveç sayılır. O cümlədən Norveçin siyənək, treska, skumbriya kimi balıq növləri də populyardır. Ən məşhur balıq yeməyi rakfiskidir.
Qışda Norveçə gəlmək məsləhət deyil!
Norveçə isti aylarda gəlməyə çalışın. Günün batması və doğuşu arası maksimum 3 saat olduğu üçün gün işığında daha çox yer görə biləcəksiniz. Bundan əlavə, ən peşəkar xizəkçilər də etiraf edir ki, xoş havada daha yaxşı xizək sürmək olar. Hava temperaturunun da 22 dərəcə olması hər bir səyyah üçün idealdır.
Norveç xizək sürmənin vətəni hesab olunur. Müasir xizək sürmədən ilk dəfə Norveçdə istifadə olunub. İngiliscə işlədilən və dilimizdə “xizək sürmə” kimi istifadə olunan “ski” sözü qədim Skandinaviya dilindən götürülüb və “bölünmüş ağac parçası” mənasını verir. Siz hətta yayın ortasında belə xizəklə sürüşə bilərsiniz.

Oslo
Kiçik bir şəhərdə olduğunuzu unutmayın. Bütün Oslonun sizin olduğu xəyallarına qapıla bilərsiniz. Dünyanın ən yaşıl paytaxtına gedəndə şparqalkaya ehtiyacınız ola bilər. Məsələn, Grünerlokkayı ziyarət etmədən qayıtsanız, Osloda olduğunuz deməyin. Bu qəsəbənin hər məhəlləsi qrafiti ilə zəngindir. “Bla” adlı məkan xatirə şəkil üçün ideal məkandır.

Norveç və ya Skandinaviya deyiləndə gözünüzün önünə damları qarla örtülmüş rəngli, balaca evlər gəlirsə, onda Damstredetə yollanın.

Haukelifjelldə qar demək olar ki, heç vaxt qalxmır. Hərarət bir anda 10 dərəcəyə qədər düşə bilər. Çox soyuq olsa da, mənzərəsi gözəldir.

.Dünyanın ən uzun 3-cu Tuneli Flamla Qudvangen arasındadır
Fiordlar Odda adlı qəsəbədən başlayır.
Norveç haqqında maraqlı faktlar :
1. Norveç Yer kürəsinin ən xoşbəxt ölkələrindən biri hesab olunur.
2. Dünyanın təhlükəsiz yerlərindən biridir. Norveçin cinayət və həbslər üzrə statistikası olduqca aşağıdır.
3. Burada “allemannsrett” adlandırılan qanun mövcuddur. “Allemannsrett” sözü “all men’s right” ifadəsindən götürülüb. Bu ictimai hüquq hesab olunur və insanların becərilməmiş torpaqlar arasında “azad veyillənməsi”nə imkan verir. Bu o deməkdir ki, insanlar ucqar ərazilərdə (utmark) çadır qura və yürüş edə bilər.
4. Hətta şəhər əraziləri də yaşıllıqla zəngindir. Oslo Norveçin paytaxtıdır. Şəhər yaşıl təpələrlə əhatələnib. Amma təbii ki, bura betondan ibarət cəngəllik deyil.
5. Norveçdə gümüş ucuzdur, gümüşdən hazırlanan məmulatların keyfiyyəti isə yüksəkdir.
6. 24 saat görünən Günəş Şimal qütb dairəsində yay fəslində Norveçin şimalında müşahidə olunur.
7. Norveçin 51.600 mil məsafədə uzanan sahili və 50.000 adanın olması onu özünəməxsus edən xüsusiyyətlərdən biridir.
8. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli İnternet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir.
9. Gənc norveçlilər adətən qanunların son dərəcə çox olmasından, darıxdırıcı həyat, ağır iqlim və yüksək qiymətlərdən şikayətlənirlər. Lakin bununla yanaşı onlar özləri və öz ölkələri ilə fəxr edir.