Dünyanın 10 ən güclü universiteti hansılardır?

Təhsil və karyera 20 Fevral 2017 00:00 1591
Dünyanın 10 ən güclü universiteti hansılardır?

“Times” tərəfindən hazırlanmış dünyanın 10 ən güclü universitetləri siyahısında 8 ABŞ, 2 Britaniya universiteti yer alıb.

Azərbaycanlı tələbələrin təhsil almaq üçün ən çox getdiyi ölkələrdən olan Türkiyə və Rusiyanın heç bir universiteti ən güclü 100 universitet sırasında yoxdur.

Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Dördüncü və beşinci yerlərdə isə Cambridge və Oxford gəlir.

Siyahı, beynəlxalq paneli təşkil edən akademiklərin rəyləri əsasında hazırlanıb.

Dünyanın ən etibarlı 10 universiteti bunlardır:

  1. Harvard Universiteti;
  2. Massachusetts Texnologiya İnstitutu;
  3. Stanford Universiteti;
  4. Cambridge Universiteti;
  5. Oxford Universiteti;
  6. California, Berkeley Universiteti;
  7. Princeton Universiteti;
  8. Yale Universiteti;
  9. Columbia Universiteti;
  10. California Texnologiya İnstitutu.

Dünyanın 100 ən güclü universiteti sırasına Asiya qitəsindən 17 ali təhsil ocağı daxil olub.

Toku Universiteti 12-ci, Çinin Tsinghua Universiteti 18-ci, Pekin Universiteti 21-ci, Sinqapurun Milli Universiteti isə 26-cı yerdədir.

Siyahıda heç bir Azərbaycan universiteti yer almayıb.

OXŞAR XƏBƏRLƏR