Avropada 1000 avrodan başlayan evlər – SİYAHI, QİYMƏTLƏR

Əmlak 28 Aprel 2017 00:00 12160
Avropada 1000 avrodan başlayan evlər – SİYAHI, QİYMƏTLƏR

Sizin cəmi 5-6 min avronuz var və Avropadan ev almaq istəyirsiniz? İlk baxışdan inandırıcı görünməsə də, tamamilə realdır.

 

Seyyah.az-ın araşdırması göstərir ki, bu pula nəinki ev almaq, hətta alqı-satqı üçün əlavə xərcləri ödəmək və evi alacağınız ölkəyə yol xərcini də ödəmək mümkündür.

 

 

 

Latviya – 16 500 avro

Latviya Avropanın ən ucuz əmlak olan ölkələrindən biridir. Hərçənd Riqa və Yurmalada qiymətlər o qədər də enməyib, ölkənni digər ərazilərindən ucuz ev tapmaq çətin deyil. Ölkənin dərinliklərində və Baltik dənizinin sahillərində baha olmayan şəhərkənarı ev tapmaq olar. Bunlar qiyməti 20 min avro ətrafındakı tikililərdir. Belə evləri sonradan stamaq və ya kirayəyə vermək çətin olur. Amma daha ucuz variantlar da var.

Məsələn, evi sadəcə Avropada əmlak sahibi olub, istihət üçün almaq istəyənlər Saulkastra şəhərində 16 500 avroya ev tapa bilərlər. Riqadan 45 kilometr məsafədə yerləşən 54 kvadratmetrlik evin 4 kiçik otağı və 6 sot həyəti var.

 

Yunanıstan – 15 000 avro

Yunanıstanın daşınmaz əmlak bazarındakı böhran qiymətlərin kəskin azalmasına səbəb olub. 2008-ci ildən etibarən burada qiymətlər 41% azalıb və ekspertlər ucuzlaşmanın davam edəcəyini gözləyirlər. Elə görünür ki, burada ucuz ev tapmaq problem deyil, amma yox, vaxtilə bir neçə yüz min avroya satılan evləri qəpik quruşa almaq çətindir. Ona görə də alıcılar əvvəlcədən bilməlidirlər ki, ucuz qiymətə aldıqları evin şəraiti o qədər də yaxşı olmayacaq.

Məsələn, Saloniki şəhərinin yaxınlığında 15 min avroya ev tapmaq olar. Bir mərtəbəli evin sahəsi 67 kvadratmetr, otaqları sayı 2-dir. Həm evin özünü, həm də 2,3 sotluq həyətini qaydaya salmaq və təmir etmək lazımdır. İcarəçi qıtlığına görə, buranı investisiya deyil, dəniz kənarında istirahət üçün alınan sadə bağ evi adlandırmaq olar.

 

Finlandiya – 13 900 avro

Rusiyada iqtisadi problemlər başlanandan və rus alıcıları azalandan sonra Finlandiyada əmlakın qiyməti aşağı düşüb. Amma hətta bu ucuzlaşmadan sonra da Finlandiyada ucuz ev tapmaq çətindir. Çünki ölkə abaddır, yolları və şəraiti yüksək səviyyədədir.

Hərçənd diqqətli alıcılar 13 900 avroya ev tapa bilərdər. Bu daha çox kottecdir – sahəsi cəmi 16 kvadratmetr, üstəlik mərkəzdən kənardadır -  mağazaya maşınla getmək lazımdır. Əvəzində böyük – 50 sot torpaq sahəsi və burada bir neçə əlavə tikililər, o cümlədən qaraj və sauna var. Bu əmlaka görə illik vergi də böyük deyil – ildə cəmi 90 avro. Ona görə də, Finlandiyada istirahət üçün ev axtarırsınızsa, bu sizin variantdır.

 

Almaniya – 6 000 avro

Avropanın ən zəngin və rahat ölkəsi sayılan Almaniya, təkcə iqtisadi sabitliyi ilə deyil, çoxlu sayda ucuz qiymətli evlərinin olması ilə məşhurdur. Almaniyanın əyalət şəhərlərində 10 min avroya asanlıqla mənzil tapmaq olar. Bəzi yerlərdə qiymətlər bundan da ucuzdur.

Məsələn,  Saksoniya torpaqlarında sahəsi 49 kvadratmetr olan iki otaqlı mənzil 6 min avroya satılır. Foqtland  ərazisində, Plauen şəhərində 5-ci mərtəbədə, yəni mansarda yerləşən mənzilin yerləşdiyi bina təqribən 100 il bundan əvvəl tikilsə də, bir neçə il əvvəl renovasiya, yəni əsaslı təmir olunub, burada mərkəzi istilik sistemi və zirzəmi də var. Hazırda ev ayda 80 avrodan kirayəyə verilib, vergiləri və kommunal ödənişləri də çıxanda real gəlir ayda 50 avrodur, Bu da ildə 600 avro və ya 10% gəlirlilik deməkdir. Evdən şəhərin mərkəzinə piyada cəmi 5 dəqiqəyə çatmaq olar. 

Ümumiyyətlə isə yadad saxlamaq lazımdır ki, lap ucuz qiymətə ev satılırsa, deməli onun ya hansısa problemi var, ya icarəçi tapmaq çətindir, ya da təmirə əlavə pul tələb olunur.

 

Litva – 4 - 5 min avro

Avropada ucuz əmlak axtaranların üz tutduğu ölkələrdən biri də Litvadır. Latviya ilə qonşu olsalar da, burada evlər oradakından daha ucuzdur. Litvada ucuz qiymətə həyət evləri tapmaq çox asandır, diqqətli alıcılar yaxşı axtarsalar cəmi 4-5 min avroya da ev tapa bilərlər, amma bunlara əlavə xərc çəkib səliqəyə salmaq lazım olacaq.

Ümumiyyətlə, Pribaltika ölkələri o qədər kiçikdirlər ki, bir ölkənin kənarında yerləşən evlərdən digər ölkənin paytaxtına qədər cəmi 1-2 saatlıq məsafə var. Nəticədə, ucuz ev axtaranlar olduqları ölkənin mərkəzinə üz tutmalı olmurlar -  sərhəddə digər ölkənin iri şəhərinə yaxın ev almaq sivilizasiyaya qovuşmaq üçün kifayət edir. Məsələn, Litvada, qonşu Latviya ilə sərhəddə yerləşən sahəsi 74 m2 olan həyət evi cəmi 9900 avroya satılır. Həyətin 25 sotluq sahəsi və meyvə ağacları var.

 

Bolqarıstan – 2500 avro

Avropada ən ucuz xarici ev Bolqarıstandadır. Ümumiyyətlə, Bolqarıstan bahalı ölkə deyil – burada hələ böhrandan əvvəl də paytaxt Sofiyada və dəniz kənarında yaxşı qiymətə evlər tapmaq mümkün idi. İndi isə bolqar kəndlərində gülünc dərəcədə ucuz qiymətə – cəmi bir neçə min avroya evlər var. Əlbəttə bu qiymətə Günəşli sahildə müasir kottec ala bilməzsən, amma ölkənin dərinliyindəki kəndlərdə nə qədər istəsən. Əsas odur ki, alıcı ucuz qiymət müqabilində hansı rahatlıqlardan əl çəkməyə hazır olduğunu müəyyən etsin.

Əgər dənizə yaxınlıq əhəmiyyət daşımırsa, iri mağaza və xəstəxanaya maşınla getməyə hazırsnızsa və üstəlik evə də əməlli-başlı «əl gəzdirmək» ehtiyacı sizi narahat etmirsə, gözəl bolraq kəndindəki 3 otaqlı ev sizin üçündür. Yaxınlığında çay və meşə olan evdə istirahət sizi şəhərin hay-küyündən etibarlı qoruyacaq.

Yelxovo şəhərinin Srem kəndində 6 sot torpaq sahəsində tikilmiş 108 kvadratmetr sahəsi olan evin qiyməti cəmi 2500 avrodur, yəni evin kvadratı cəmi 23 avroya başa gəlir. Amma burada yaşayış üçün yararlı vəziyyət yaratmaq üçün təqribən elə o qədər də pul qoymaq lazımdır. Ev yaxınlıqdakı aeroportdan və vağzaldan 100 kilometr məsafədədir.

Cəmi 7 min avroya isə Bolqarıstanda kiçik studiya almaq mümkündür. Kurort əmlakları da baha deyil - Günəşli Sahil adlanan kurortda dənizdən 3-5-ci xətdə yerləşən əmlaklar 10-15 min avroya satılır.

 

Estoniya – 1 000 avro

 

Bəziləri Estoniyada əmlakın baha olduğunu bildirsə də, diqqətlə axtaranda burada hətta 7-8 min avroya da mənzil tapmaq olar. Bunlar sovet binalarındakı bir otaqlı mənzillərdir.  Məsələn, Narva şəhərində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində sahəsi 21 m2 olan mənzil cəmi 8300 avroya təklif olunur. 1984-cü ildə tikilən və şəhərin mərkəzindən cəmi 2,5 km məsafədə yerləşən kərpic binadakı bu mənzil orta təmirlidir. Ətrafda bütün infrastruktur var, Rusiya sərhədindən məsafə cəmi 2 km, Sankt-Peterburqa qədər 140 km, Tallinnə qədər isə 210 km məsafə var.

Nisbətən kənar şəhərlərdə isə qiymətlər aşağıdır. Məsələn, Koxtla-Yarve şəhərində 1-23 otaqlə mənzilləri 3-6 min avroya almaq olar. 1 otaqlılar 28 m2, 2 otaqlı mənzillər isə 45-48 kvadratmetrdir.

Bəzi mənzillərin qiyməti isə adamı heyrətə salır. Məsələn, Koxtla-Yarvenın Oru şəhərciyində 39 m2-lik 1 otaqlı mənzil cəmi 1000 avroya təklif olunur. Yəni, mənzilin hər m2-nə 26 avro ödəməklə ona sahib ola bilərsiniz. Hərçənd ki, mənzilə əsaslı təmir lazımdır. Ümumiyyətlə, Estoniyada belə qiymətə mənzillə çoxdur və onları adətən viza məsələsini həll etmək üçün alırlar.

 

Fərdi evlərin qiyməti isə Estoniyada 10-12 min avrodan başlayır. Məsələn, Narva-Yıesuu 11 sot torpaq sahəsində sahəsi 70 kvadratmetr olan 4 otaqlı fərdi ev 12 min avroya satılır.

OXŞAR XƏBƏRLƏR