Xarici vətəndaşlıq almaq neçəyədir? - QİYMƏTLƏR, SİYAHI

Xaricdə iş və miqrasiya 21 Iyun 2017 00:00 2593
Xarici vətəndaşlıq almaq neçəyədir? - QİYMƏTLƏR, SİYAHI

Son illərdə pulla vətəndaşlıq sistemi dünyada olduqca populyarlaşıb.

Seyyah.az-in məlumatına görə, ölkələr daha çox gəlir əldə etmək məqsədilə şərtləri çətinləşdiriblər. Bəzi ölkələr sadəcə “daşınmaz əmlak almaq” şərti tələb edərkən, bəziləri həm də “investisiya”, “iş imkanı yaratma” istəyirlər.

Daşınmaz əmlak almaqla vətəndaşlıq sistemi 23 ölkədə tətbiq olunur. Bunların əksəriyyətini Avropa Birliyi ölkələri təşkil edir.

ABŞ-da EB-5 viza proqramı

ABŞ-da əmlak alan şəxslərə daimi yaşayış və işləmək hüquq verən “green card” (yaşıl kart – red.) verilir. Müraciətlər nə qədər çox olsa da, sadəcə il ərzində 10 min nəfərə bu imkan yaradılır. ABŞ-ın bu sahədə gəliri isə ildə 4 milyard dolları ötür.

Pulla vətəndaşlıq verən ölkələrin şərtlərini təqdim edirik:

Almaniya – 250 min avro dəyərində investisiya qoyuluşu və eyni zamanda iş imkanı yaratma;

Avstriya – 6-10 milyon avro arası investisiya qoyuluşu və yaxud QHT-lərə 2 milyon avro dəyərində birdəfəlik yardım;

İngiltərə – 5 il ərzində 1 milyon sterlinq həcmində investisiya;

İrlandiya – 500 min avro miqdarında investisiya;

Portuqaliya – 500 min avroya yaşayış hüququ, 1 milyon investisiya isə vətəndaşlıq;

Albaniya – 200 min dollar dəyərində investisiya;

Makedoniya – 40 min avro dəyərində daşınmaz əmlak alana bir illik oturum izni, 400 min avro dəyərində investisiya və azı 10 nəfərə iş verən şəxsə isə vətəndaşlıq;

Bolqarıstan – 1 illik yaşayış icazəsi olan və 1,2 milyon dollar dəyərində investisiya qoyan şəxsə vətəndaşlıq verir;

Kipr Respublikası – 3 milyon avroya vətəndaşlıq verilir;

Çernoqoriya – 500 min avrodan çox investisiya qoyuluşu;

Latviya – Bölgələrdən 71 min 500, böyük şəhərlərdən isə 143 min avro həcmində mənzil alana vətəndaşlıq verilir;

Slovakiya – 1 milyon avro dəyərində investisiya;

Kanada – 400 min dollarlıq investisiya qoyuluşu və 800 min dollarlıq şəxsi bank hesabı tələb edir;

Uruqvay – İnvestisiya şərt deyil, amma aylıq 1200 dollar gəlir tələb olunur; Əvvəlcə müvəqqəti yaşayış, 3 il sonra isə vətəndaşlıq verilir;

Qvatemala – 5 il ərzində dövlət istiqrazlarına 50 min dollarlıq investisiya qoyuluşu;

Dominikan Respublikası – 100 min dollarlıq investisiya tələb olunur. Ailəli olan halda isə bu rəqəm 200 min dollara qalxır;

Honkonq – 1 milyon 260 min dollar dəyərində investisiya;

Avstraliya – 4,7 milyon dollar dəyərində investisiya.

Mənbə: Sey-yah.com

OXŞAR XƏBƏRLƏR