Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı– MƏLUM OLDU

Xaricdə iş və miqrasiya 23 Iyun 2017 00:00 1244
Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı– MƏLUM OLDU

2012-2017-ci illərdə 500 Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb. Turizm.fins.az Ədliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu müddət ərzində 32 017 nəfərə Gürcüstan vətəndaşlığı verilib.

Bundan əlavə, 19 597 Rusiya, 1 686 ABŞ, 1 122 Ermənistan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

Eyni zamanda, analoji dövr ərzində 7 264 Azərbaycan vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb. Yaşamaq icazəsi alanların ümumi sayı 76 585 nəfər olub. Onlardan 4 666-sı ermənistanlı, 9 515-i rusiyalı, 657-si britaniyalı, 635-i almaniyalı və s. olub.

Bundan əlavə, 2013-cü ildən 2017-ci il mayın 24-dək 631 Azərbaycan vətəndaşı Gürcüstanda topraq sahəsi əldə edib. 

OXŞAR XƏBƏRLƏR