Azərbaycanlılara bu ölkədə işləmək icazəsi verəcəklər - YENİLİK

Xaricdə iş və miqrasiya 30 Iyun 2017 00:00 2377
Azərbaycanlılara bu ölkədə işləmək icazəsi verəcəklər - YENİLİK

Qazaxıstanda işləmək istəyən Azərbaycan vətəndaşlarının işləri asanlaşıb. Seyyah.azın məlumatına görə bu ölkədə işləmək istəyən azərbaycanlılara işləmək icazəsinin verilməsi proseduru sadələşdirilib.

Məlumata görə, qanun Qazaxıstanın vizasız ölkəyə giriş və vizasız üç aydan az olmamaqla ölkə ərazisində qalmaq ilə bağlı saziş imzaladığı ölkələrin vətəndaşları üçün keçərlidir. MDB ölkələrinin, o cümlədən də Azərbaycan vətəndaşları bu şərtlərə cavab verir.

İşçi miqrant Qazaxıstan ərazisində olmasının qanuniliyini təsdiq edən sənədləri göstərməklə icazəni, eləcə də fərdi gəlir vergisi üzrə ödəniş həyata keçirməklə ala bilər.

Qanuna görə bir işəgötürənin ev təsərrüfatında işlər görülməsi üçün eyni anda beşdən artıq miqrantla əmək müqaviləsi bağlamasına icazə verilmir. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR