Dünyanın ən varlı ailəsinin villası - FOTOLAR

Əmlak 1 Iyul 2017 00:00 1444
Dünyanın ən varlı ailəsinin villası - FOTOLAR

«Bloomberg» agentliyi dünyanın ən varlı ailəsinin villası barədə məqalə yazıb. Bu villa İtaliyanın Sorrento şəhərində yerləşir.

Villanın ilk sahibi Uilyam Uoldorf Astor 1905-ci ildə onu alarkən dünyanın ən varlı adamlarından biri idi. O, babasının xəz və daşınmaz əmlak biznasindən qalan pulları həvəslə müxtəlif ölkələrdəki qəsr və villalara yatırırdı. Ondan sonrakı Astorlar isə bu biznesə qəzetləri, idxal-ixrac əməliyyatlarını və hotel biznesini əlavə etmişdilər.

Sorrentodakı 16 otaqlı villa digərləri kimi böyük olmasa da Astor üçün ən sevimli idi. Villanın sahibi onun təmirinə 3 il və indiki pulla 110 milyon dollar sərf edib. Eləcə də ətrafdakı torpaq sahələri, hətta monastr torpaqları da alınıb, burada botanika bağı yaradılıb.

 

1919-cu ildə Astorun vəfatından sonra İtaliya hökuməti bu villanı antikvariat hesab edərək ona toxunulmazlıq verir və villa dövlətin mülkiyyətinə  keçir.

İkinci dünya müharibəsində burada müttəfiq qoşunları yerləşmişdi, 1970-ci ildə isə onu maqnat Mario Pane alıb. 2012-ci ildə villa yeni sahibinə satılıb. 

 

 

OXŞAR XƏBƏRLƏR