Almaniyaya gedənlərin nəzərinə - CƏRİMƏLƏR NƏ QƏDƏRDİR?

Xaricdə iş və miqrasiya 1 Iyul 2017 00:00 1571
Almaniyaya gedənlərin nəzərinə - CƏRİMƏLƏR NƏ QƏDƏRDİR?

Almaniyada cərimələr həddən artıq sərtdir. Üstəlik, onlardan yayınmaq da mümkün deyil, nəzarət güclüdür. Bu ölkədə cəriməni təkcə yüksək sürətə və qırmızı işıqda keçməyə görə deyil, başqa, ilk növbədə qəribə gələn hərəkətlərə görə də ödəmək lazımdır.

Beləliklə

 

Nə üçün və nə qədər cərimə ödənməlidir?

 

Əlbəttə ki, iilk növbədə sürət həddini keçməyə görə. Sürəti nə qədər artırmaqdan asılı olaraq cərimələr 10 avrodan 600 avroyadək artır. Belə ki, saatda 10 km/saat artıq sürmüsünüzsə 15 avro ödəməlisiniz, artın 26-30 km/saat üçün 100 avro, limiti 70 km/saat keçənləri isə 600 avro cərimə vəəyyən müddətə sürücülük vəsiqəsindən məhrumetmə gözləyir. 

 

Maşını düzgün park etməyənlər də xərcə düşürlər.

 

Velosiped yolunda parklananlar 15 avro, əlil olmadığı halda onların park yerini tutmaq 35 avro cərimədir. Avtobanlarda parklanmaq 40 avro xərcə düşmək deməkdir. Htta icazə verilən yerlə parklananda da, ağ zolağı tapdalayırsınızsa, 10 avro cərimə var. Maşında telefonla danışmaq 60 avro, kəməri bağlamamaq 30 avrodur.

Qırmızı işıqda keçmək ən yaxşı halda, yəni qəza baş verməsə 360 avro cərimədir.

Almaniyada pivə içməyi nə qədər sevirlərsə, içib maşina sürənlərə qarşı bir o qədər amansızdırlar. Qanda alkoqolun miqdarı 0,3-1 promil qədərdirsə 500-700 avroluq cərimə ödənəcək. Alkaqol bundan artıq olarsa sürücülük vəsiqəsindən vəəyyən müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

 

Azərbaycanda olduğu kimi, bəzi pozuntulara görə təkcə cərimə deyil, cərimə balları da toplanır. Cərimə balları 18-ə çatanda sürücülük hüququ alınır və şəxs onu yenidən yalnız sürücülük imtihanı verməklə ala bilər. Üstəlik, tibbi baxışdan keçmək də lazım gələcək.

 

Ədəbsiz hərəkətlərə görə cərimələr

 

Xarici filmlərdə söyüşlərin tez-tez istifadə olunmasına baxmayın, Avropada ədəbsiz hərəkət və ifadələrə çox sərt münasibət var və bu özünü Almaniyadakı cərimələrdə də göstərir.

Beləliklə, kimsə başqasına (ya da başqa sürücüyə) orta barmağını göstərirsə, maaşından asılı olaraq 400-600 avro cərimə ödəyəcək. Dilini göstərmək isə 300 avrodur.

Ədəbsiz sözlərə görə cərimələr də az deyil. Kimisə «axmaq inək» adlandırsanız bilin ki, 300 avronuzu itirdiniz. Polisi «donuz» adlandırmaq isə 2 min avro cərimədir. Almanlar donuz yeməyi sevsələr də heç kim «donuz» adlandırılmasını istəmir.

 

Mədəniyyətsizliyə görə cərimələr

 

Almaniyada qanuna görə, yerə siqaret atmaq üçün 20 avro cərimə var. Amma ona elə də ciddi əməl olunmur. Ətraf siqaret kötükləri ilə doludur. Amma kimsə buna görə sizi cərimələmək istəsə br söz deyə bilməyəcəksiniz – haqlıdır. Almaniyada nəzarətçilərin etibarından istifadə edib avtobus və metroda biletsiz dolaşanların nəzərinə – tutulsanız 60 avro, yəni təqribən 1 aylıq gediş haqqını cərimə kimi ödəyəcəksiniz.

Təbii ehtiyaclarını ödəmək üçün yer tapmayıb ağacın dibinə üz tutanlar peşman olacaqlar – vəziyyətdən asılı olaraq proses onlara 20-500 avro cərimə var.

Gecə yarısı qonşunun rahatlığın pozmağa görə də cərimələr var – vəziyyətdən asılı olaraq 35-1000 avro arasında.

 

Saxta mallara görə cərimə

 

İnanmaq çətindir, amma nəbadə Almaniyaya saxta mallarla gedəsiniz. Sizi müəllif hüquqlarının pozulmasına görə cərimə edəcəklər. Bu bizdə mümkündür ki, məşhur markaların adı ilə müxtəlif əşyalar gəzdiririk – saatlar, çantalar, köynəklər və s. Almaniyada belə məsələlərə sərt yanaşırlar. Məsələn, Çində 200 dollara «Roleks» saatının saxtasını almısınızsa, Almaniyaya gələndə bunu bilsələr, əsl saatın qiyməti qədər cərimə edəcəklər. Saxta Lui Vyuton çanta və Lakoste köynəkləri gəzdirənlər də cərimə olunanlar sırasındadırlar.

 

 

Tapdığınız pulu cibinizə qoymayın

 

Almaniyada yerdən tapdığınız pulu özündə saxlamaq yaxşı deyil, həm etik sayılmır, həm də belələri cərimələnir. Özü də pulun tam məbləği qədər. Amma 5-10 dollar tapmısınızsa, rahatca xərcləyə bilərsiniz. Bu məbləğə görə cərimə yoxdur, üstəlik ona görə, sizi heç axtaran da olmayacaq. 

OXŞAR XƏBƏRLƏR