Azərbaycanın ən populyar universitetləri – TOP 10

Təhsil və karyera 3 Iyul 2017 18:28 1183
Azərbaycanın ən populyar universitetləri – TOP 10

Xəbər verdiyimiz kimi, “Media Consulting and Services” media monitorinq qrupu bu ilin iyun ayı ərzində aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların hesabatını açıqlayıb. Şirkətdən Seyyah.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar əsasında universitetlərin media reytinqi də hesablanıb. 

Hesabata görə, ötən ay mediada ən çox adı çəkilən ali məktəb Bakı Dövlət Universiteti olub. İyunda BDU-nun adı mətbuatda 1 506 dəfə çəkilib. Reytinq cədvəlində 2-ci ali məktəb Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC), üçüncü isə Bakı Ali Neft Məktəbi (BANM) olub.

Xatırladaq ki, şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  

OXŞAR XƏBƏRLƏR