Azərbaycanda universitet təhsil haqqını - AŞAĞI SALDI

Təhsil və karyera 5 Iyul 2017 16:45 1264
Azərbaycanda universitet təhsil haqqını - AŞAĞI SALDI

Azərbaycan Universiteti MBA Proqramı üzrə illik təhsil ödənişini 2500 manatdan 2000 manata endirib.

Seyyah.az xəbər verir ki, proqram üzrə bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir. Magistrantlar universitetin daxili təqaüd proqramından faydalana bilir, eyni zamanda onlara xarici tərəfdaş universitetlərdə tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır.  

2017/2018-ci tədris ili üçün üçün Azərbaycan Universitetinin MBA Proqramına (56 nömrəli proqram) tələbə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aşağıdakı ixtisaslaşmalar üzrə aparılır:

Azərbaycan bölməsi 

263182 Biznesin təşkili və idarə edilməsi (Maliyyə sahəsi üzrə) 

263199 Biznesin təşkili və idarə edilməsi (Menecment sahəsi üzrə) 

263214 Biznesin təşkili və idarə edilməsi (İstehsal sferasında mühasibat uçotu və audit sahəsi üzrə) 

263222 Biznesin təşkili və idarə edilməsi (Xidmət sferasında mühasibat uçotu və audit sahəsi üzrə) 

263239 Biznesin təşkili və idarə edilməsi (Vergi sahəsi üzrə) 

Azərbaycan və rus bölməsi birgə (Tədris ingilis dilində) 

263247 Mühasibat uçotu və audit - İstehsal sferasında mühasibat uçotu və audit 

263255 Mühasibat uçotu və audit  - Xidmət sferasında mühasibat uçotu və audit 

263263 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Maliyyə sahəsi üzrə) 

263271 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Menecment sahəsi üzrə) 

263288 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Marketinq sahəsi üzrə) 

263296 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (İnsan resurslarının idarə edilməsi sahəsi üzrə) 

Magistrantlar üçün daxili təqaüd proqramı

Yüksək göstəricilərlə oxuyan magistrantlara universitetin öz büdcəsindən maliyyələşən təqaüd proqramı çərçivəsində aylıq 75 azn və 100 azn məbləğində daxili təqaüd təyin olunur. Təqaüdlərin miqdarı universitetin təyin etdiyi müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir və hər semestrin sonunda yenidən dəyərləndirilir. 

Xaricdə tam təqaüdlü təhsil və kredit mobilliyi 

Magistrantlara xarici ölkələrdə tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Türkiyə və Avropanın tərəfdaş  universitetlərində 1 yaxud 2 semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.  

OXŞAR XƏBƏRLƏR