Türkiyədə kirayə sığortasının tətbiqi başlanıb

Əmlak 5 Iyul 2017 17:05 872
Türkiyədə kirayə sığortasının tətbiqi başlanıb

Türkiyənin sığorta şirkətləri ölkə vətəndaşlarına yeni məhsul təklif etməyə başlayıb.

Seyyah.az türk mətbuatına istinadən xəbər verir ki, söhbət kirayə sığortasından gedir.

Ondan daşınmaz əmlakını - evini və ofisini kirayəyə verənlər faydalana biləcək. Belə ki, kirayənişin 3 ay müddətində kirayə haqqını ödəmədikdə, əmlak sahibinə dəymiş zərəri sığorta şirkəti ödəyəcək.

Kirayə sığortasının qiyməti yüksək olsa da, yeni məhsul bazarda yaxşı qarşılanıb. Artıq yüzlərlə əmlak sahibi onu almaq üçün sığorta şirkətlərinə müraciət edib.

Kirayə sığortası hesabına təkcə kirayə haqqı deyil, kirayənişinin ödəməkdən imtina etdiyi kommunal xidmətlərin haqqını da sığorta şirkətlərindən almaq mümkündür. Bunun üçün sığortaçılara əlavə haqq ödəmək lazımdır.

Qeyd edək ki, kirayə sığortası ABŞ-da, eləcə də bir sıra inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunur. 

OXŞAR XƏBƏRLƏR