Londonun ən ucuz evi – QİYMƏT

Əmlak 7 Iyul 2017 01:53 1233
Londonun ən ucuz evi – QİYMƏT

Londonun ən ucuz mənzili müştəri gözləyir. Şərqi Londonun Leyton rayonunda birinci mərtəbədə yerləşən mənzil paytaxtda satılan ən ucuz əmlak ola bilər, əlbəttə ki, qarajları və üzən evləri nəzərə almasaq. «The Telegraph» yazır ki, iyulun 11-də keçiriləcək hərracda bu mənzil 25 min funt sterlinq və ya 28,5 min avroya satışa çıxarılacaq. Hərrac təşkilatçıları hesab edir ki, hərracda qiymət 55-57 min avroya qalxa bilər, Amma istənilən halda bu ən ucuz əmlak sayılacaq.

Bir otaqlı evdə mətbəx, vanna otağı və qonaq otağı var. Dəmiryol vağzalı da piyada bir neçə dəqiqəlik məsafədədir. Ekspertlər deyir ki, bu mənzili almaq kirayədə yaşayanlar üçün əla alternativ ola bilər.

OXŞAR XƏBƏRLƏR