Məzunlar üçün əmək yarmarkası keçiriləcək – “Məzun–2017”

Təhsil və karyera 7 Iyul 2017 19:50 1206
Məzunlar üçün əmək yarmarkası keçiriləcək – “Məzun–2017”

Oktyabrın 14-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə UNEC-in birgə təşkilatçılığı ilə ənənəvi “Məzun – 2017” əmək yarmarkası keçiriləcək. Seyyah.az xəbər verir ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir.

Eləcə də bax: Azərbaycanda diplomu tanınan xarici universitetlər açıqlandı - SİYAHI

Əmək yarmarkasında UNEC-lə yanaşı, digər ali təhsil ocaqlarının da tələbə, magistr və məzunları mezun@unec.edu.az ünvanına CV göndərməklə iştirak edə bilərlər. Elektron CV bazası yaradılaraq, müfaviq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək. Seçilən namizədlər yarmarka günü müsahibəyə dəvət ediləcək. 

OXŞAR XƏBƏRLƏR