Çıxıb getmək üçün ən yaxşı ölkələrin reytinqi – AÇIQLANDI

Xaricdə iş və miqrasiya 11 Iyul 2017 17:50 1554
Çıxıb getmək üçün ən yaxşı ölkələrin reytinqi – AÇIQLANDI

"U.S. News and World Report" təşkilatı immiqrantlar üçün 10 ən yaxşı ölkənin reytinqini açıqlayıb. Seyyah.az xəbər verir ki, hesabat bu ölkələrdəki iqtisadi sabitlik, gəlirlərin bərabərliyi və əmək bazarı kimi parametrlər əsasında təşkil edilib. Nəticədə, 21 000 iş adamı arsında aparılan sorğu əsasında hesabat hazırlanıb. 

Hesabatda həmçinin Dünya Bankının və BMT-nin miqrasiya və pul köçürmələri ilə bağlı məlumatlarından istifadə edilib. Beləliklə, immiqrasiya üçün ən yaxşı ölkə İsveç seçilib. Sonrakı yerləri müvafiq olaraq Kanada, İsveçrə, Avstraliya, Almaniya, Norveç, ABŞ, Hollandiya, Finlandiya və Danimarka tutub.

Reytinqdə Yaxın Şərqdən ən yüksək reytinqi Birləşmiş Ərəb Əmirlikləri alıb. O, reytinqdə 15-ci sırada qərarlaşıb. Asiya regionunda ən yaxşı reytinq Sinqapur (18), Latın Amerikasında Braziliya (32), Afrikada isə Cənubi Afrika Respublikasına (45) məxsus olub. 

Qeyd edək ki, Rusiya reytinqdə 24-cü yeri tutub. Buna səbəb immiqrantlar tərəfindən öz ölkələrinə rahat pul köçürmələri həyata keçirmələri olub.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR