Bölgələrdə ev və torpaq bahalaşdı - QİYMƏT

Əmlak 12 Iyul 2017 13:34 800
Bölgələrdə ev və torpaq bahalaşdı - QİYMƏT

Azərbaycanın turizm bölgələrində mənzillərin və torpağın qiyməti bahalaşıb.

Seyyah.az xəbər verir ki, bunu  Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bölgələrdə qeydə alınan qiymət artımı mövsümlə əlaqədardır.

“Yay mövsümünün gəlişi ilə əlaqədar torpağın qiymətində bahalaşma müşahidə edilir. Müvəqqəti qiymət dəyişməsi mövsümün sonuna qədər müşahidə ediləcək. Ərazisindən asılı olaraq, qiymətlərdə 5-10 faiz artım var. Bu, normal haldır. 

Digər seqmentlərdə isə ümumi vəziyyət paytaxtla eynidir. Yəni qiymətlərdə nisbi də olsa, azalma var. Kommersiya obyektlərində isə qiymətlər stabildir, dəyişmir”. 

R.Osmanlı qeyd edib ki, bölgələr üzrə Quba və Xaçmazda torpaq daha yüksək qiymətə alıcılara təklif olunur: “Qubada bəzi ərazilərdə torpağın bir sotunun qiyməti 10 min manatdır. Kənd yerlərində qiymətlər 5 min manat civarındadır. Kommersiya obyektlərində isə qiymətlər fərqlidir. Rayon mərkəzlərində belə obyektlərin bir kvadrat metrinin qiyməti 200-250 manat civarında və hətta bəzi ərazilərdə isə daha yüksəkdir”.

Mənbə: Azvision.az

OXŞAR XƏBƏRLƏR