Bankın satdığı evi heç kim almaq istəməyib - HƏRRAC

Əmlak 12 Iyul 2017 13:37 1303
Bankın satdığı evi heç kim almaq istəməyib - HƏRRAC

Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansındakı Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi 10 iyul 2017-ci il tarixdə ilkin satış qiyməti  2 363 250 manat olmaqla hərraca çıxarılıb.

Seyyah.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, fərdi yaşayış evini heç kim almaq istəməyib. 

Nəticədə hərrac baş tutmamış elan edilib.

Mənbə: Oxu.az

OXŞAR XƏBƏRLƏR