Dünyada 710 milyon nəfər başqa ölkəyə köçmək istəyir

Xaricdə iş və miqrasiya 12 Iyul 2017 13:51 1055
Dünyada 710 milyon nəfər başqa ölkəyə köçmək istəyir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) hesabatını açıqlayıb.

Seyyah.az xəbər verir ki, dünyada 710 milyon nəfər başqa ölkələrə köç etmək istəyir. 23 milyon nəfər isə buna hazırlaşır. 

Sorğunun sualları isə belə olub “İmkanınız olsa, həmişəlik başqa bir ölkəyə köç etmək istəyərsinizmi?”, “Başqa bir ölkəyə önümüzdəki bir il içində köç etmə planınız var mı?” və “Qarşıdakı bir il ərzində başqa ölkəyə köç etməyə hazırlaşırsınızmı?”

Verilən cavablara görə, 710 milyon nəfər imkan yaranarsa, başqa ölkəyə köçmək istədiyini, 66 milyon nəfər isə bir il ərzində köçməyi planlaşdırdığını bildirib. 23 milyon nəfər bu məqsədlə hazırlıqlara başladığını söyləyib.

Məlum olub ki, potensial köçkünlər ən çox ABŞ-a, İngiltərəyə, Səudiyyə Ərəbistanına, Fransaya, Kanadaya, Almaniyaya və Cənubi Afrikaya üz tutmaq istəyirlər. Köç etməyi düşünənlər Nigeriya, Hindistan, Konqo Respublikası, Sudan, Banqladeş və Çin vətəndaşlarıdır. 

Avropalılar arasında başqa ölkələrə üz tutmaq istəyənlər italyanlar və ispanlardır. İtaliya və İspaniya digər ölkə vətəndaşlarının ən çox köç etmək istədiyi ölkələrdir. 

Mənbə: Oxu.az

OXŞAR XƏBƏRLƏR