İpoteka kreditləri 59 dəfə artıb

Əmlak 14 Iyul 2017 12:26 746
İpoteka kreditləri 59 dəfə artıb

“Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin agent bankları tərəfindən 2017-ci ilin yanvar-may aylarında 64,9 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 59 dəfə çoxdur. Bu barədə Mərkəzi Bankın statistikasından məlum olur.

May ayında AİF-in agent bankları tərəfindən 11,3 mln. manat məbləğində kredit verilib.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. İlkin ödəniş 15% təşkil edir.

© “İnterfaks-Azərbaycan” 

OXŞAR XƏBƏRLƏR