Ağalarovlar ABŞ-dakı mülklərini satışa çıxardı - FOTOLAR

Əmlak 15 Iyul 2017 09:26 1101
Ağalarovlar ABŞ-dakı mülklərini satışa çıxardı - FOTOLAR

Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov və oğlu Emin Ağalarov ABŞ-dakı mülklərini satışa çıxarıb.

Seyyah.az “Forbes” jurnalına istinadən xəbər verir ki, Araz Ağalarov 2006-cı ildə 8 milyon dollara ABŞ-da dəbdəbəli mülk alıb. Biznesmen həmin mülkü 6,98 milyon dollara satışa çıxarıb. 

Evdə böyük ailə otağı, kitabxana, istirahət otağı, ayrıca zirzəmi, kinoteatr, saunası olan trenajor zalı, şərab saxlanılan yer və əlavə yataq otaqları var. 

Ağalarovların qonşuları rep-maqnat Şon Kombs və əfsanəvi musiqiçi Stivi Uanderdir. 

Emin Ağalarov da Anderson avenyu 98 ünvanında yerləşən evini satışa çıxarıb. Emil 0,77 akr olan mülkü atası ilə birgə 2008-ci ildə 3 milyon dollara alıb. Bu evin satış qiyməti 2,9 milyon dollar müəyyən edilib.





Mənbə: Azvision.az
OXŞAR XƏBƏRLƏR