Təhsil almaq üçün dünyanın ən ideal - 10 ŞƏHƏRİ

Təhsil və karyera 15 Iyul 2017 09:47 2549
Təhsil almaq üçün dünyanın ən ideal - 10 ŞƏHƏRİ

Yaxşı təhsil almaq hamımızın arzusudur. Odur ki, bu yazı tam sənlikdir. Universitet xəyallarını Azərbaycanla məhdudlaşdırma. Dünyanın ən gözəl şəhərləri ancaq gəzib-görmən üçün deyil. Ən sevdiyin şəhər, həm də təhsil alacağın şəhər ola bilər. Elə isə xaricdə təhsil almaq üçün ən ideal 10 şəhərlə tanış ol.

 

 

 

 

 

 

  1. Florensiya, İtaliya

Arno çayı ətrafında qurulan Florensiya, Toskana bölgəsi və “İtalyan Renesans”-ının paytaxtıdır. Leonardo Da Vinçinin, Dantenin və Michelangelonun yaşadığı Florensiyada çox sayda sənət qalereyası, muzey, kilsə və sənət əsəri var. İtaliya, sənət tarixi və memarlıq kimi sahələrdə təhsil almaq istəyənlər üçün ideal ölkədir.

Eləcə də bax: ABŞ universitetlərində təhsil almaq istəyənlər üçün - AÇIQ QAPI GÜNÜ

Florensiyada tarix, teatr, ədəbiyyat, fəlsəfə, moda, zərgərlik və dizayn kimi sahələr üzrə təhsil almaq mümkündür.

 

  1. Praga, Çex Respublikası

Çex Respublikasının ən böyük şəhəri və paytaxtı olan Praqa –  “Qızıl Şəhər”, “Nağıl Şəhər”-i və “Avropanın Ürəyi” olaraq da bilinir. İncəsənət, konservatoriya, memarlıq, landşaft, tarix, iqtisadiyyat və sənət tarixi sahələrində təhsil almaq istəyənlər Praqanı seçə bilərlər. Praqa həm də tələbə mübadiləsi proqramlarıyla ən sıx gedilən şəhərlər sırasındadır.

 

  1. Kopenhagen, Danimarka

Tunellər və körpülərlə bir-birinə bağlanmış Kopenhagen memarlıq əsərləri, parkları və muzeyləri ilə məşhurdur. Bahalı şəhər olmasına baxmayaraq, çox sayda təhsil agentliyinə ev sahibliyi edir. Xüsusilə media, nəşriyyat, iqtisadiyyat, marketinq və maliyyə kimi sahələrdə təhsil alan tələbələrə yüksək səviyyədə təhsil şansı verir.

 

  1. Amsterdam, Hollandiya

İldə 4.2 milyon turist qəbul edən Amsterdam, mədəniyyət və sənətin paytaxtıdır. “Rjiks”, “Van Qoq”, “Rembrandthuis”, “Anne Frank Huis”, “Hermitaj” kimi bir çox muzeylərə ev sahibliyi edir. Eyni zamanda, Avropanın ən rəngli gecə həyatına sahibdir. Sənətşünaslıq, musiqi, rəssamlıq sahəsində təhsil almaq istəyənlər Amsterdamı seçə bilər.

 

  1. Barselona, İspaniya

Katalonya Muxtar Vilayətinin paytaxtı olan Barselona, Picasso və məşhur memar Gaudinin yaşadığı şəhər olaraq diqqət çəkir. Memarlıq, mühəndislik, ətraf elmləri və landşaft kimi sahələrdə təhsil alan tələbələr, eləcə də incəsənət fakültəsi şagirdləri üçün ən doğru ünvandır. Barcelona, idman və media sahəsində özünü inkişaf etdirmək istəyənlər üçün də yaxşı seçim ola bilər.

 

  1. Tallinn, Estoniya

Estoniyanın ana liman şəhəri və paytaxtı Tallinn Şimali Avropanın ən köhnə şəhəridir. “Ericsson”-un ən böyük istehsal mərkəzi bu şəhərdədir. Həmçinin kompüter elmləri, dünya dinləri, tarix və memarlıq üzrə təhsil almaq istəyənlər üçün ən ideal ünvandır. İncəsənət fakültəsi şagirdləri üçün də yaxşı alternativdir. Qar və qış deyiləndə həyəcanlanırsansa, Tallinn sənin şəhərindir!

 

  1. Vankuver, Kanada

Universitet, oxumaq üçün çox uzaqlara baxmaq istəsən, mənzilini Vankuverə qədər genişlədə bilərsən  EIU tərəfindən dünyanın yaşamaq və oxumaq üçün ən uyğun şəhərləri arasında birinci seçilib.

 

  1. Vyana , Avstriya

Vyana təhsil şərtləri və tələbələrə təklif etdiyi xidmətlərindən dolayı oxumaq üçün ən çox seçilən şəhərlər sırasındadır. Avstriyanın əhalisinə görə ən qələbəlik şəhəridir. Çox sayda beynəlxalq təşkilata ev sahibliyi edir. Təcrübə keçmək baxımından da ideal şəhər sayıla bilər. Xüsusilə Konservatoriya şagirdləri üçün ilham verici şəhər sayılan Vyana, mühəndislik, baytarlıq, tibb, səhiyyə elmləri, fəlsəfə, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində təhsil almaq istəyənlərə də çox uyğundur.

 

  1. Melburn , Avstraliya

Tələbələrə təqdim etdiyi imkanların yanında fərqli bir şəhər atmosferi yaşamaq istəyənlər üçün Melburn əsl ünvandır. Avstraliyanın, eləcə də dünyanın ən sürətli və stabil inkişaf edən yaşayış bölgələrindən biridir. Bu şəhərdə kasıb birisinə rast gəlmək qeyri-mümkündür. Sahib olduqları bütün bu xüsusiyyətlər Melburnu gənclər üçün bir cazibə nöqtəsi halına gətirib.

 

  1. Nyu York, ABŞ

Dünyada “şəhər” deyiləndə ağla gələn ilk yerlərdən biri də Nyu Yorkdur. Çoxunun yaşamaq arzusunda olduğu şəhərdir. Gün ərzində yalnız Manhattana gedən insanların sayı 5 milyonu aşır. New York universitetləri reytinq göstəricilərinə görə dünyanın ən yaxşı 50 universiteti siyahısına düşüb. Media, rabitə, moda və incəsənət üzrə təhsil almaq istəyənlərin bir nömrəli ünvanıdır (Seyahetci.com).

OXŞAR XƏBƏRLƏR