ABŞ-a köçüb biznes qurmaq üçün 10 ideya - SİYAHI

Xaricdə iş və miqrasiya 17 Iyul 2017 13:35 4008
ABŞ-a köçüb biznes qurmaq üçün 10 ideya - SİYAHI

ABŞ dünya biznes sahəsində liderdi və Doing Business reytinqinə görə, yeni biznes yaratmaq üçün yüksək əlverişli iqtisadi, siyasi şəraitə sahibdir. 

Ancaq Amerikada biznesin uğuru heç də yalnız iri sahibkarlıqdan qaynaqlanmır, həm də kiçik biznes ideyalarının bu ölkədə inkişaf imkanları hüdudsuzdur. 

Mytopbusinesideas.com 2017-ci ildə yeni başlayanlar üçün ən yaxşı 10 biznes ideyası hazırlayıb.

 

1.Online marketinq xidməti

İndi internet vasitəsilə alış-veriş edənlərin sayı sürətlə artır, sən də digər bizneslərin online satışını təşkil etmək üçün fərqli bir platforma təklif edə bilərsən.

  1. Pişiyə qulluq

2012-ci ildə amerikalılar pişiyə qulluq üçün 40 milyard dollar xərcləyiblər.Bu sənaye inkişafdadır və əgər heyvanları sevirsənsə, bu iş sənin üçündür. Hətta bunun üçün veterinar sertifikatına belə gərək yoxdur.

  1. Elektron ticarət

2017-ci ildə e-ticarət orta hesabla 8,8 faiz böyüyüb. Əgər yaxşı bir biznes ideyan varsa, həyata keçirib satışını internet üzərindən təşkil etmək olar.

  4. Mobil və sosial oyunlar

2007-2012-ci il illərdə ABŞ-da mobil oyunlar 397 faiz artıb. Oyunlar ABŞ yeniyetmələri arasında populyarlığını hələ də itirməyib. Əgər mobil vasitələr üçün əyləncəli oyun ideyan varsa, yaxşı pul qazanmaq mümkündür.

  1. Restoran xidməti

ABŞ işçi qüvvəsinin 10 faizi restoran sahəsində çalışır. Restoran sahəsi mənfəətli biznesdir və buna başlamaq da çətin deyil.

    6.Ətraf mühit  üzrə məsləhət

“Yaşıl həyat” indi ABŞ-da ən çox işlənən ifadədir. İnsanlar və sənaye müəssisələri ərtaf mühiti qorumaq üçün məsləhətə ehtiyac duyurlar. Ətraf mühit üzrə ekspert biznesi 2017-ci ildə 45 faiz böyüyüb.

  1. Eko-təmiz məhsul və xidmətlər

Digər bir trend eko-təmiz məhsul və xidmətlərlə bağlıdır.

  1. Səhhətə qulluq

ABŞ-da əhalinin böyük hissəsi 60 yaşdan yuxarıdır, buna görə də səhhətlə bağlı məhsullara və xidmətə böyük ehtiyac var.

  1. Özəl təhlükəsizlik

Cinayətlərin artması evlərin, müəssisələrin, digər biznes strukturların təhlükəsizlik xidmətinə ehtiyacını artırır. Əgər insanları və onlara aid əmlakı qorumağı sevirsənsə, bu iş sənlikdir.

  1. Nəqliyyat və logistika

Bu sahənin yaxın 5 ildə inkişaf edəcəyi gözlənir. Nəqliyyat xidmətinə hər zaman tələbat yüksəkdir. Bu, bir biznes üçün yaxşı fürsətdir.

Mənbə: amerikavekil.com

OXŞAR XƏBƏRLƏR