İstanbulda ev almalı olduğunuz – 3 BÖLGƏ

Əmlak 18 Iyul 2017 10:31 1743
İstanbulda ev almalı olduğunuz – 3 BÖLGƏ

Çoxları elə düşünür ki, İstanbulda digər Avropada yerləşən meqapolislərlə müqayisədə evlər ucuzdur. Bu doğurdan da belədirmi?

 

Qeyd edək ki, şəhərin ərazisi 5 343 км²-dir. İstanbulda evlərin kv. metri orta hesabla 855 avrodur. 60 min avroya İstanbulda ev almaq olar, lakin bu cür evlər şəhər kənarında yerləşir.

 

Əgər İstanbulun tarixi yerlərində ev almaq istəsəz bu zaman 120 min avronuzdan keçməli olacaqsız.

Bundan başqa bu cür evin təmirinə də bir qədər pul xərcləmək lazım olacaq. İstanbulun dəbdəbəli rayonlarında isə evlər 200 min avrodan başlayır.

Hansı rayonda ev almaq daha yaxşıdır?

Bu şəhərdə əmlakla yerli vətəndaşlarla yanaşı əcnəbilər də maraqlanırlar. İstanbuldan daha çox Almaniya və Böyük Britaniyadan olan əcnəbilər, eləcə də ərəblər ev alırlar. Ancaq heç də 39 rayonun hamısı əmlak sahibi olmaq üçün yararlı deyil . Bu şəhərdə ev alarkən infrastruktura, nəqliyyatın əlçatan olmasına və zəlzələyə davamlı olmasına xüsusi diqqət yetirmək lazımdır.

Bəyoğlu - Bagema və diplomatlar rayonu

Şəhərin Avropa hissəsində yerləşən bu rayon öz villaları ilə xüsusi diqqət çəkir. Şəhərin bu hissəsində çoxlu klublar və turistlər üçün bir-birindən fərqli məkanlar var. Burada iki otaqlı evlər 100-200 min avrodan başlayır. Əgər şəhərin bu hissəsində ev kirayə versəz, o zaman ayda 900 avro qazanacaqsız. Bu rayonda ən məşhur yerlər isə Gümüşsuyu və Cihangir yaşayış zonalarındadır.

Beşiktaş – saraylar mərkəzi

Şəhərin bu hissəsi ən müasir və təhlükəsiz bölgələrdən biri hesab olunur. Burada daha çox kommersiya xidmətləri göstərən şirkətlərin ofisləri fəaliyyət göstərir. Bu rayonda ev almaq üçün daha məqbul yerlər Levent, Etiler və Ulus hesab olunur. Yeri gəlmişkən, İstanbulun ən hündür göydələni Levent rayonunda yerləşir.

Respektabellik və istirahət

Əgər əsas məqsədiniz villa almaqdırsa, o zaman Sarıyerdən alın. Bu rayon Bosfor sahilində yerləşdiyindən burada əksər yerlərdən dənizə gözəl mənzərə açılır. Burada Zəkəriköy və Nişantaşından əmlak almaq daha məqəsədəuyğundur. Əgər bu zonalarda əmlak almaq şansınız yaransa, o zaman çox fikirləşməyin. Çünku bu bölgələrdə evlərin qiyməti daim artan xətt üzrə gedir.

fins.az

OXŞAR XƏBƏRLƏR