Yerli şirkətlər abituriyentlərə hansı qiymətləri təqdim edir? – XARİCDƏ TƏHSİL

Təhsil və karyera 19 Iyul 2017 14:34 1320
Yerli şirkətlər abituriyentlərə hansı qiymətləri təqdim edir? – XARİCDƏ TƏHSİL

Son zamanlar ölkəmizdə xaricdə təhsil almağa can atan tələbələrin sayı artıb. Abituriyentlər xaricdə istər özəl istərsə də dövlət universitetlərində təhsil almağa üstünlük verirlər. Bu zaman əksər abituriyentlərin ilk müraciət etdiyi yerlərdən biri də xaricdə təhsil təşkil edən şirkətlər olur. Məlumat üçün bildirək ki, hazırda əksər Avropa ölkələrində universitetlərə qəbul başa çatıb. Lakin Polşa Macarıstan Litva Latviya və Estoniyada yerləşən bəzi universitetlərə hələ də sənəd qəbul olunur. Seyyah.az yeni təhsil mövsümündə xaricdə təhsil almaq üçün hazırlaşan abituriyentlərə bu şirkətlərin təqdim etdiyi qiymtələri öyrənib. Bəzi şirkətlər əcnəbi universitetlərlə əməkəkdaşlıq etdiyindən sadalanan xidmətləri pulsuz edir. Həmin şirkətlərin adlarını və onların xidmət müqabilində tələb etdiyi qiymətləri təqdim edirik.

Kaspi Global – 1000 manat

F Group Academy - 2500 manat

Celt – pulsuz

WSL – 1500 avro

Academy Group – 3000 min avro Almaniya + viza dəstəyi digər Avropa ölkələri 2500 avro

Universal education – 1200 manat

Qeyd edək ki, sadalanan məbləğlərə adı çəkilən şirkətlər universitetlərə veriləcək bütün sənədlərlə yanaşı viza dəstəyi də göstərirlər. Belə ki, bura motivasiya məktubu reference məktublar və digər sənədləşmə işləri daxildir. Həmçinin hansı universitetlərə necə qəbul olmağın qaydaları izah olunur.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR