Almaniyada oxuyan tələbələr əlavə pul ödəyəcəklər - MƏBLƏĞ

Təhsil və karyera 23 Iyul 2017 17:41 1417
Almaniyada oxuyan tələbələr əlavə pul ödəyəcəklər - MƏBLƏĞ

Almaniyanın iki vilayətində – Baden-Vürtemberqdə və Reny-Vestfaliyada – xarici tələbələr üçün yeniödənişlər tətbiq ediləcək. Seyyah.az-ın məlumatına görə, söhbət Avropa İttifaqına daxil olmayan ölkələrdən olan tələbələrdən gedir. Onlardan yığılan pullar universitetlərin inkişafına sərf ediləcək. Amma bu təşəbbüsün əleyhdarları da var.

Badem-Vurtemberq vilayətində tələbələr üçün yeni ödənişlər artıq 2017-2018-ci tədris ilinin ilk semestrində tətbiq olunacaq. Şimali Reyn-Vestfaliyada da bu nümunəni təkrarlayacaqlar. Tələbələr üçün əlavə ödənişlər 1500 avro təşkil edəcək. Yeri gəlmişkən, bu ilinmayınadək universitetə qəbul olub, təhsil haqqını ödəyənlər, bu ödənişdən azaddırlar. Bunan başqa, iqtisadi vəziyyəti pis olan ölkələrdən gələnlərə də güzəşt ediləcək.

Reyn-Vestfaliya hökumətində bildirirlər ki, yeni tədbirlər universitetlərə ildə 100 milyon avro gəlir gətirəcək. Almaniyanın iri universitetlərindən birinin – Essen-Verden şəhərindəki Folkvanq İncəsənət Universitetinin prezidenti Andreas Cakobs isə bildirib ki, əlavə ödənişlərin tətbiqi kasıb ölkələrdən olan istedadlı tələbələri təhsil almaq imkanından məhrum edəcək. Üstəlik tələbələrdən biri bu qərara görə. Baden-Vürtemerq vilayətinin hökumətini məhkəməyə verib.

OXŞAR XƏBƏRLƏR