3 nəfər 700 bal topladı - Cavablar çıxdı

Təhsil və karyera 24 Iyul 2017 21:27 1445
3 nəfər 700 bal topladı - Cavablar çıxdı

DİM I və IV ixtisas qruplarının abituriyentləri üçün iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Seyyah.az-a daxil olan məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş 27962* abituriyentdən 1366 nəfəri imtahanda iştirak etməmişdir. 13 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) IV ixtisas qrupu üzrə isə bir abituriyent (Bakı şəhəri, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

OXŞAR XƏBƏRLƏR