ZARA və MANGO məhsuları Gürcüstanda istehsal olunacaq

Əmlak 26 Iyul 2017 23:19 1099
ZARA və MANGO məhsuları Gürcüstanda istehsal olunacaq

ZARA və MANGO məhsuları Gürcüstanda istehsal olunacaq
 
 
Gürcüstanın Quriya bölgəsində dünya şöhrətli ZARA və MANGO brendləri üzrə geyimlərin istehsal olnacağı müəssisənin açılması planlaşdırılır.  Seyyah.az-n məlumatına görə, "Marja" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Quriya bölgəsinin qubernatoru Georgi Salukvadzenin bu müəssisənin detalları barədə danışıb.


 
Onun sözlərinə görə, bu məsələ üzrə danışıqlar artıq başa çatmaq üzrədir və yekun nəticələr yaxın vaxtlarda açıqlanacaq.
 


"Layihə bir neçə mərhələdən ibarətdir və müəssisələrin tikintisi bir neçə milyon dollar sərmayə qoyulacaqdır," - qubernator deyib.


 
Məlum olduğu kimi, Gürcüstanda tikiş fabriklərinin tikintisi ilə bir neçə iri türk istehsalçıları, xüsuilə ENA Textile maraqlanır.


 

ZARA və MANGO- geyimlərinin tikiləcəyi fabrikdən başqa, dünyanın tanınmış 10 brendləri üzrə geyimlərin tikilməsi ilə məşğul olacaq ikinci fabrik də tikiləcək Hər iki fabrikdə ümumilikdə 300-500 nəfər işləyəcək.


 
 İnvestorlar,  müəssisələrin tikintisi üçün yer seçmək üçün artıq bir neçə dəfə Gürcüstanda olmuşlar.  
 

"Böyük ehtimalla, fabriklər Ozurgeti şəhərində, köhnə, sovet dövründən qalma çay fabrikinin yerində tikiləcək. Hələlik bu ərazi dövlətin mülkiyyətidir, lakin əgər investorlar məhz bu yerdə fabrikin tikilməsi haqda qəti qərar qəbul etsələr, həmin ərazi simvolik qiymətə onlara veriləcək" - qubernator deyib.

OXŞAR XƏBƏRLƏR