İsveçrədə MBA üzrə təhsil imkanı

Təhsil və karyera 26 Iyul 2017 00:52 1416
İsveçrədə MBA üzrə təhsil imkanı

Son müraciət tarixi: 30 sentyabr 2017

Müraciət edə bilər: İEO vətəndaşları

Təqaüd dəyəri: 28,000 Avro

IMD Gələcəyi Liderləri MBA təqaüd proqramı İsveçrədə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub.

IMD Biznes məktəbi İsveçrənin Luzanna şəhərində yerləşir. Dünyanın qabaqcıl biznes və idarəetmə məktəblərindən biridir. 1990-cı ildə təsis edilib.

Yüksək akademik göstəriciləri, güclü liderlik bacarıqları olan namizədlər bu proqrama müraciət edə bilərlər.

Proqramın müddəti 1 illikdir.

Təqaüd proqramına daxildir: il ərzində təhsil xərcləri və ödənişləri, tədris materialları və kitablar, IMD tərəfindən təşkil edilmiş layihələr üçün səyahət və yerləşdirmə, həftədə 5 gün IMD’de yemək.

Proqramda iştirak etmək üçün maksimum 750 sözdən ibarət esse yazmaq lazımdır.

Sənədlər qeyd olunan adresə göndərilir.: [email protected]

Daha ətraflı məlumat və qeydiyyat üçün:

http://www.imd.org/mba/admissions/one-year-mba-program-fees-expenses/

Mənbə: xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR