Yaponiyada Magistratura təhsili almaq istəyənlərin nəzərinə!

Təhsil və karyera 26 Iyul 2017 00:55 1681
Yaponiyada Magistratura təhsili almaq istəyənlərin nəzərinə!

Ümumdünya Gömrük Təşkilatı  (WCO ) “Aoyama Gakuin” Universitetində magistratura dərəcəsi almaq istəyən tələbələrə təqaüdlər təklif edir. Strateji İdarəetmə və Əqli Mülkiyyət Hüquqları Proqramı (SMIPRP), AGU’nun Biznes İnstitutunun 12 aylıq magistratura proqramıdır və gələcək liderlər üçün dərslər və praktiki idarəetmə bacarıqları təklif edir.

Aoyama Gakuin Universiteti (AGU), Asiyanın ən böyük universitetlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərinin mərkəzində yerləşir.

Təqaüd aylıq təqaüd, yaşayış, yemək, nəqliyyat və digər xərcləri əhatə edir. Qəbul və təhsil haqqı Yaponiya- Ümumdünya Gömrük Təşkilatı  tərəfindən ödənilir. Gediş-gəliş xərcləri də təmin edilir.

Tələblər:

Gömrük siyasəti və idarəetmə sahəsində ən az 3 il iş təcrübəsi olan

Sağlamlıq vəziyyətinin yaxşı olan

Yaşı 40-dan çox olmayan namizədlər.

Bakalavr dərəcəsi

İngilis dili biliyi – IELTS – 6.0, TOEFL iBT-79, TOEFL PBT-550

Müraciət formasının doldurulması

2 tövsiyə məktubu

Son müraciət tarixi: 31 iyul 2017

Daha ətraflı məlumat və qeydiyyat üçün:

https://aoyama.c-direct01.jp/cd/user/Regist/input

http://www.aoyamasmiprp.jp/

Mənbə: xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR