Amerikada kiçik biznesə neçə kömək edirlər

Xaricdə iş və miqrasiya 27 Iyul 2017 14:34 1188
Amerikada kiçik biznesə neçə kömək edirlər

Mübaliğəsiz demək olar ki, ABŞ-da kiçik biznes –Amerika iqtisadiyyatının əsas qəhrəmanıdır. Buna görə də hökumət biznesin bu seqmentinə maksimal maliyyə və adminstrativ dəstək verir.

Düzdür, heç də hər kiçik biznes böyüyə bilmir. Araşdırmalar göstərir ki, yaranandan iki il sonra 69 faiz, 5 il sonra isə 51 faiz kiçik biznes bazarda qalır.

Tədqiqatçılar müəyyən ediblər ki, kiçik biznes sürətlə yeni iş yerləri yaradır, nəinki iri korporasiyalar.

ABŞ-da kiçik biznes qanunvericiliklə (Small Business Act) və bu sahəni diqqətdə saxlayan dövlət qurumu (Small Business Administration- SBA) dəstək alır.

SBA-nın bütün 50 ştatda və vilayətlərdə ofisi var. Onun büdcəsi ABŞ Konsresi tərəfindən maliyyələşir. Qurum kiçik biznesə məsləhət verir, kredit ayırır, müqavilələr bağlamağa yardım göstərir.

SBA kiçik biznesə güzəştli krediti dövlət büdcəsi hesabına verir. Kreditin qaytarılması üçün bank qarşısında zəmanət duran da odur. Ancaq qurum kredit vermək üçün seçimi sərt prinsiplərlə aparır: biznes azı 2 il əvvəl təsis edilməli və illik azı 50 min dollar həcmində gəliri olmalıdır.

2017-ci ildə verilən kreditlərin məbləğindən asılı olaraq, illik faiz dərəcəsi 6-9 arası dəyişib. Məbləğ artdıqca, faiz dərəcəsi aşağı düşür. Məsələn, 7 il müddətinə və 25 min dollara qədər borcun illik faizi 8,5-dir. Əgər məbləğ 50 min dollardan çox olarsa,  illik 6,5-7 faiz hesablanır.

Proqramın şərtlərinə görə, xərclərin 10 faizini borcalan qarşılayır, 50 faizi güzəştli kredit kimi SBA-nın zəmanəti altında bank tərəfindən verilir, 40 faizi də digər yerli dövlət mənbələrindən qarşılanır.

1953-cü ildə qəbul edilmiş qanuna görə, bütün dövlət sifarişlərinin 23 faizi kiçik biznesə verilməlidir.

Bundan başqa, qadın sahibkarlar üçün daha geniş imkanlar var. Daha doğrusu, qadın sahibkarların dövlət sifarişlərini almaq üçün imtiyazları daha çoxdur.

OXŞAR XƏBƏRLƏR