İsveçrədə təqaüd proqramı – TƏQAÜD 28 MİN AVRO

Təhsil və karyera 1 Avqust 2017 10:49 1480
İsveçrədə təqaüd proqramı – TƏQAÜD 28 MİN AVRO

Xaricdə təhsil almaq istəyənlər üçün İsveçrədə MBA təqaüd proqramı ilə təhsil almaq imkanı yaradılır.

Xaricdetehsil.news-dan Seyyah.az-a verilən məlumata görə proqrama müraciət 2017-ci il sentyabr-ın 30-dək dir.

Təqaüdün dəyəri 28 min avrodur. Proqram IMD gələcəyi liderləri MBA təqaüd proqramı İsveçrədə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. 

IMD Biznes məktəbi İsveçrənin Luzanna şəhərində yerləşir. Dünyanın qabaqcıl biznes və idarəetmə məktəblərindən biridir. 1990-cı ildə təsis edilib. Proqramın müddəti 1 illikdir. 

Təqaüd proqramına daxildir:

il ərzində təhsil xərcləri və ödənişləri,

tədris materialları və kitablar,

IMD tərəfindən təşkil edilmiş layihələr üçün səyahət və yerləşdirmə,

həftədə 5 gün IMD’de yemək.

Proqramda iştirak etmək üçün maksimum 750 sözdən ibarət esse yazmaq lazımdır. Sənədlər mbafinance@imd.org ünvanına göndərilməlidir. Daha ətraflı məlumat almaq istəyənlər http://www.imd.org/mba/admissions/one-year-mba-program-fees-expenses/ ünvanına müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR