Daha bir bank sosial evlər üçün – KREDİT VERƏCƏK

Əmlak 3 Avqust 2017 01:36 928
Daha bir bank sosial evlər üçün – KREDİT VERƏCƏK

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.

Vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı “Bank BTB” oldu.

31.07.2017-ci il tarixində “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsini imzalamış “Bank BTB” 10 filialı, 7 şöbəsi və baş ofisininnəzdində fəaliyyət göstərən Müştəri Xidməti ilə təmsil olunur.

OXŞAR XƏBƏRLƏR