Cəmi 12 kvadratlıq evlər gəlir – "NANO MƏNZİL"LƏR

Əmlak 3 Avqust 2017 01:45 1558
 Cəmi 12 kvadratlıq evlər gəlir – "NANO MƏNZİL"LƏR

 Əhalinin sıxlığı və mənzil problemi tikinti şirkətlərini getdikcə daha kiçik mənzillər inşa etməyə həvəsləndirir.

Seyyah.az xəbər verir ki, böyük sıxlığın yaşandığı Honkonqda «nano mənzillər» adlanan yeni stil evlər dəbə minib.

«South China Morning Post» saytının məlumatına görə, «nano mənzil»lərin sahəsi cəmi 11,9 kvadratmetr təşkil edir. Müqayisə üçün bildirək ki, elə həmin şəhərdə avtomobillər üçün pakr yerinin sahəsi 12,4 kvadratmetr təşkil edir.

Kiçikliyinə baxmayaraq belə mənzillərdə kirayə haqqı az deyil – ayda 660 dollar.  Amma əksəriyyət belə evləri kirayə götürməkdənsə almağa üstünlük verir.

Əsas alıcılar isə hər ikisi işləyən və valideynlərdən ayrı yaşayan gənc ailələrdir. «Belələri ömür boyu kirayə ödəməkdənsə, ayaqqabı qutusu ölçüsündə mənzilə malik olmağı üstün tutur»-deyə developerlər bildirirlər.  Hazırda Honkonqda tikilən mənzilərin 1,4%-i belə mənzillərin payına düşür. 

OXŞAR XƏBƏRLƏR