Londonda Magistratura Üzrə Təqaüd Proqramı

Təhsil və karyera 3 Avqust 2017 01:57 1578
Londonda Magistratura Üzrə Təqaüd Proqramı

Vestminster Universiteti  İEO ölkələrdən olan tələbələr üçün beynəlxalq təqaüdlər təklif edir. Seyyah.az "Xaricdetehsil.news"a istinadən xəbər verir ki, təqaüd proqramı əyani magistratura dərəcəsi üçün nəzərdə tutulub.

Universitet tərəfindən təklif edilən təqaüd  proqramı tam maliyyələşməni təmin edir. Vestminster Universiteti Londonda yerləşən dövlət tədqiqat universitetidir. 1838-ci ildə əsası qoyulub və Birləşmiş Krallıqda ilk politexnik institut idi.

Son müraciət tarixi: 13 oktyabr 2017

Təqaüd dəyəri: təhsil haqqının ödənilməsi, yerləşdirmə, yaşayış xərcləri və Londona və Londondan uçuş xərcləri

Tələblər:

İngilis dili – IELTS – 6.5

Namizədin fərqlənmə dərəcəsi

Daha ətraflı məlumat və qeydiyyat üçün:

https://www.westminster.ac.uk/study/prospective-students/fees-and-funding/scholarships/january-2017-scholarships/westminster-international-scholarship

OXŞAR XƏBƏRLƏR