Amerikaya gedərkən nələrə diqqət etmək lazımdır?

Xaricdə iş və miqrasiya 7 Avqust 2017 22:54 1178
Amerikaya gedərkən nələrə diqqət etmək lazımdır?
Seyyah.az www.fikirinfo.blogspot.com-a istinadən Pərvin Bəhramoğlunun ABŞ təəssüratlarını bölüşür. 
ABŞ haqqında şəxsi fikirlərimi sizinlə bölüşürəm, bəlkə sizin üçün maraqlı məqamlar oldu.
İkinci dəfədir ki, Birləşmiş Ştatlardayam. Daha öncə 7 il əvvəl 3 ay Çikaqoda yaşamışam, indi isə 11 gün paytaxt Vaşinqtonda, 7 gün isə Seattle və New York şəhərlərində oldum.
 
 
Amerikaya gedərkən nələrə diqqət etmək lazımdır?
 
Amerika həqiqətən başqa bir dünyadır, orada çox şey fərqlidir.
Misal: ölçü vahidləri, Km (1)- Mile (0,62), temperature (selsi-franget), kiloqram (1)- funt(paund) və s
 
 
 
Telefon və notbukunuzun “adaptır’ı burdakı “razetka”lara uygun gəlməyəcək, ona görə öncədə bunu nəzərə almanız və özünüzlə xüsusi başlıq gətirməniz lazımdır.
 
Vaşinqton və New Yorkda küçə adlarıdır həm rəqəmlərlə, həm də hərflərlə adlandırılıb. Misal: A, K küçəsi, 1-ci, 2-ci küçə və s.
 
Seattle isə dünyanın ən zəngin iki şəxsinin yaşadığı şəhərdir. Həm Microsoft (1975), həm də Amazon.com (1994) şirkətlərinin əsası Seattle şəhərində qoyulub. Sakit okenla Kanada sərhədində yerləşən təmiz və yaşıl şəhərdə  narkotikadan istifadə qanunidir.
 
New York hündür mərtəbəli binaları ilə turistlərin ən çox gəldiyi və olduqca bahalı bir şəhərdir. Maşınların tıxacından və insan sıxlığından tərpənmək çətindir. New York həm də siçovulların çoxluq təşkil etdiyi çirkli bir yerdir.
 
Mənə görə ABŞ birləşmiş millətlər ölkəsidir. Dünyanın hansı ölkəsindən istəsən burda adam tapmaq olar. Buna görə burada millət yox, vətəndaşlıq anlayışı müqəddəsdir. Demək olar ki, 50 ştatın hərəsi Avropanın bir ölkəsinə bərabərdir.
 
Burada insanlar çox ünsiyyətcil və mehribandır. Tanımadığınız adam sizə gülümsəyib salamlaşsa, qəti təəccüblənməyin. Hara getsən sənin kefini sorub hal-əhval tutacaqlar. İnsanlar bir-birlərinə qarşı çox nəzakətlidirlər. Hər addimda bir-birlərindən üzr istəməyi bacarırlar.
 
Amerikada bütün yeməklər ya çox şirin, ya da çox acıdır. İnsanların əksəriyyəti artıq çəkidən əziyyət çəkir. Lakin insanlarda özünə əminlik çox yüksək olduğundan buna görə heç də narahat görsənmirlər. Buna baxmayaraq küçələrdə qaçan, idman edənlərin sayı da az deyil. Çin, Hindistan və Mekiska restoranları üstünlük təşkil edir. Ağız dadınıza uyğun yemək dadmaq istəsəniz, gərək Türk restoranlarına üz tutasınız. Menyuda qiymətlər təxminən 10-20 dollar arası dəyişir.
 
Amerikda içki içərkən diqqətli olmaq lazımdır, çünki ictimai yerlərdə bu qadağandır və Avropadan fərli olaraq küçədə spirtli içki içən adama çox az hallarda rast gələ bilərsiz. Alkoqol adətən xüsusi mağazalarda satılır və onu alarkən sizdən pasport tələb edilə bilər. “Pub”-lara gedərkən də pasportunuzu özünüzlə götürməyi unutmayın, əks halda içəri buraxılmaya bilərsiniz.
 
ABŞ- a gəlmədən öncə mütləq diş həkiminə getməyi unutmayın, çünki dişin müalicəsi olduqca bahadır. Bir dostum sırf dişini düzəltdirmək üçün Azərbaycana gedib gəlib. Bununla yanaşı tibbi xidməti olduqca bahadır, insanların sığortası olmadan müalicə alması demək olar mümkünsüzdür. Sığortanın olması üçün də mütləq işləməlisən. Burda əsil vəhşi kapitalizmi görmək olar. Amerika şanslar ölkəsi olmaqla yanaşı həm də olduqca yüksək rəqabət var.
 
Tibblə yanaşı təhsil də çox bahalıdır, buna görə də əksər amerikalının təhsillərini davam etdirmək istəkləri ürəklərində qalır. Bunun üçün də ya varlı ailən olmalı, ya dövlətdən uzun müddətli təhsil krediti götürməlisən, ya da işləyərək təhsil üçün pul yığmalısan. Tanıdığım bir amerikalının təhsilə görə dövlətə 20 min dollar borcu var və deyir ki, 10 il ərzində işləyib geri ödəməlidir.

Maaşlar da Azərbaycanla müqayisədə xeyli yüksəkdir.  Bir saatlıq əməyin minumum dəyəri 8 dollardır. Əgər həftədə 40 saatdan çox işləsən, bir saatın dəyəri 50% artacaq (12 dollar).

 
Bir sözlə “American dream” arzulardakı kimi olmasa da, istedadlı və bacarıqlı insanların məkanıdır.
 
 
OXŞAR XƏBƏRLƏR