Xaricilər hər gün bu ölkədən 50 ev alır

Əmlak 8 Avqust 2017 16:42 1079
Xaricilər hər gün bu ölkədən 50 ev alır

2019-cü ilin yanvarından 2017-ci ilin iyun ayına qədər Türkiyədə xarici vətəndaşlara 81 min 754 daşınmaz əmlak satılıb.

Türkiyənin Dünya portalının hesablamalarına görə bu da orta hesabla gün ərzində 50 ədəd daşınmaz əmlak edir.

Yeri gəlmişkən bu il satışlar ötən ilin analoji dövrü ilə müqayisədə 18.6% artım göstərib.

Məlumata görə Türkiyə daha çox ev alan əcnəbilər İrak, Kuveyt və Səüdiyyə Ərəbistanı vətəndaşlarıdır. Həmçinin bu ölkədə əmlak almağa maraq göstərənlər arasında Rusiya, Böyük Britaniya və Almaniya vətəndaşlarına da rast gəlmək olar.

Satılan əmlakların 30 % İstanbulun payına düşür. Həmçinin Antalya və Bursada da nəzərə çarpacaq dərəcədə satışların olduğu bildirilir.

Türkiyənin Real Estate Brokers Assosasiyasının rəhbərinin sözlərinə görə satışların sentyabrda daha da canlanacağı gözlənilir. Assosasiya rəhbəri Türkiyədə evlərə tələbin artmasına səbəb burada ev alanların vergidən azad olunması və ödənişi əcnədi valyuta ilə etməsidir.

Lakin qaydalara görə ev alan əcnəbi bir il ərzində həmin mülki satmamalıdır əks təqdirdə əmlak alan əcnəbi daşınmaz əmlakın vergisini ödəməli olacaq.

OXŞAR XƏBƏRLƏR