Tramp ABŞ-da qanuni mühacirlərin sayını azaltmaq istəyir

Xaricdə iş və miqrasiya 8 Avqust 2017 19:33 776
Tramp ABŞ-da qanuni mühacirlərin sayını azaltmaq istəyir

ABŞ prezidenti Tramp iki senatorla bərabər qanuni mühacirlərin sayının azaldılmasına dair təkliflə çıxış edib.

Seyyah.az xəbər verir ki, bu ilin əvvəlində respublikaçı senatorlar-Tom Kotton və Devid Perdyu mühacirlərin illik sayının 1 milyondan 500 münə endirilməsini təklif etmişdi.

Hələ ki, Senata təqdim edilməyən sənəddə miqrantların ailə üzvlərinin qəbulu, viza lotereya proqramının ləğvi və “green cards”prosesinin çətinləşdirilməsi nəzərdə tutulur.

Senatorlarla məsələ ilə bağlımüzakirələr üçün iki dəfə görüşən Tramp siyasətinin əsas məqsədi kimi Amerikanın mühacirət sisteminin dəyişdirilməsi vədlərinə sadiq qalmağa çalışır. 

OXŞAR XƏBƏRLƏR