Paytaxt gəncləri ali təhsil almaq istəyir - SORĞU

Təhsil və karyera 17 Avqust 2017 15:49 96
Paytaxt gəncləri ali təhsil almaq istəyir - SORĞU

“ACT Azərbaycan” 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Dövlət imtahan Mərkəzinin açıqladığı məlumata görə 2017-2018-ci tədris ili üçün tələbə adını qazanmaq üçün ali təhsil müəssisələrinə elan olunmuş müsabiqədə  42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali tələbə adını qazanib.

Bəs Bakı sakinləri ali təhsil almaq haqqında nə düşünür ? Ümumiyyətlə ali təhsil almaq vacibdirmi ? Hər kəsmi ali təhsil alıb diplom və ixtisas sahibi olmalıdır ?

Rəyi öyrənilmiş Bakı sakinlərinin böyük bir qismi ali təhsil almağın tərəfdarıdır (89 %). Xüsusilə qadınlar universitet təhsilinin önəmli olduğunu bildirir (92 %). 16 % kişi üçün ali təhsil mühim deyil. Sevindirici hal odur ki, gənclərin (18-24 yaş aralığı) demək olar ki, hamısı ali təhsil almağın tərəfdarıdır (93 %). 45-54 yaş aralığında olanlardan hər beşdə biri isə universitet diplomunu önəmsəmir (20 %).

Ali təhsillə bağlı digər məsələ isə son zamanlar dəb halını almış repetitor hazırlığıdır. Həqiqətənmi əlavə hazırlıq olmadan tələbə adını qazanmaq mümkünsüzdür ? Yoxsa yetər ki, savad və istək olsun təhsil almaq üçün ?

Respondentlərin yarıdan çoxu repetitor hazırlığının önəmsiz olduğunu və ali təhsil almaq üçün əlavə hazırlığa ehtiyac duyulmadığını düşünür (53 %). Hazırlıq tərəfdarıdır da kifayət qədərdi (45 %). 2 % rəyi öyrənilmiş sakin isə bu suala cavab verməkdə çətinlik cəkib.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

OXŞAR XƏBƏRLƏR