3 metrlik döngədə 2,5 milyonluq ev tikiləcək

Əmlak 17 Avqust 2017 18:22 1082
3 metrlik döngədə 2,5 milyonluq ev tikiləcək

Londonun Fitzrovia mərkəzi rayonunda ofis və pab arasında, 3 metr enində dar döngədə qeyri-adi ensiz ev inşa olunacaq.

Seyyah.az "life.ru"ya istinadla xəbər verir ki, döngə "Great Street Portland" stansiyasının iki addımlığında yerləşir. Əvvəllər sakinlər o döngədən Kral Milli Ortopedik Xəstəxanasına keçib getmək üçün istifadə edirdilər. Dörd mərtəbəli evin ümumi sahəsi 139 kvadratmetr təşkil edəcək.

Evdə üç yataq otağı, iki hamam otağı, mətbəx, həyət və yuxarı mərtəbəsində terras yerləşəcək. Qeyri-adi yaşayış obyektinin tikinti planı Vestminster Şurası tərəfindən bəyənilib.

Əmlak agenti Conatan Hadson, qeyd edib ki, ev 3,2 milyon dollara satıla bilər. İdeya qeyri-adi və çox yaxşıdır. Belə bir evi satmaq əlbəttə ki, bir az çətin olacaq. Lakin əsas lazımi alıcını tapmaqdır.

OXŞAR XƏBƏRLƏR