Dünyanın ən yaşanacaq şəhərləri - AÇIQLANIB

Xaricdə iş və miqrasiya 18 Avqust 2017 15:27 1165
Dünyanın ən yaşanacaq şəhərləri - AÇIQLANIB

İqtisadi analiz və proqnozlar hazırlayan "The Economist Intelligence Unit" (EIU), 140 şəhərin dünyanın ən yaşanacaq şəhərlərini müəyyənləşdirib.

Seyyah.az "Marja.az"a istinadən xəbər verir ki, EIU-nun, sabitlik, təhlükəsizlik, infrastruktur, səhiyyə, mədəniyyət və təhsil kimi 30 meyarı nəzərə alaraq hazırladığı siyahıda Melburn 100 baldan 97,5 bal alaraq dünyanın ən yaşanacaq şəhəri seçilib.

 

İkinci yeri Avstriyanın Vyana şəhəri, üçüncü, dördüncü və beşinci yerləri Kanadanını Vankuver,  Toronto  və Kalgari şəhərləri tutub.
 

Növbəti yerləri Avstraliyadan Perth, Yeni Zelandiyadan Aukland, Finlandiyanın paytaxtı Helsinki və Almaniyadan Hamburq şəhəri tutub.

 
Melburnun Bələdiyyə sədri Robert Doyle etdiyi açıqlamada, əldə edilən uğurların investorları və turistləri şəhərə cəlb edəcəyini qeyd edərək, EIU indeksinin dünyada qəbul edilən göstərici olduğunu bildirib.

 

Avstraliyanın Melburn şəhəri dünyanın ən yaşanacaq şəhərləri reytinqində ardıcıl yeddinci dəfədir ilk yeri tutur.

OXŞAR XƏBƏRLƏR