Sürət həddini aşanları nə gözləyir? –CƏRİMƏLƏR

Avto 18 Avqust 2017 19:09 2174
Sürət həddini aşanları nə gözləyir? –CƏRİMƏLƏR

Yay mövsümü ilə əlaqədar bölgələrə istirahətə gedənlər artıb.

Vətəndaşların bir qismi rayonlara öz şəxsi avtomobili ilə üz tutur.

Bakıda il boyu tıxacda avtomobil sürməyə alışan sürücülər magistral yolda istər-istəməz sürəti bir qədər artırır.

Yüksək sürət radarla yanaşı, qəza riskini də artırır.

Seyyah.az bunu nəzərə alaraq bu qayda pozuntusuna görə, cərimə və balları sürücülərə xatırladır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən müəyyən edilən sürət həddini aşan sürücüləri 10 manatdan 250 manata qədər cərimə, 2-4 cərimə balı gözləyir.

Mənbə: fins.az

 

OXŞAR XƏBƏRLƏR