İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI

Xaricdə iş və miqrasiya 20 Avqust 2017 20:06 256
İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ölkələrin aktiv işçi qüvvəsinin orta hesablıq illik iş saatlarını araşdırıb. 

Seyyah.az portalı modern.az-a istinadən xəbər verir ki, 35 dövlətin yer aldığı siyahıda vətəndaşları il ərzində ən az işləyən ölkələr yer alıb.

Siyahının sonuncu pilləsində qərar tutan ölkə Meksikadır. Okeandan o tərəfdəki dövlətdə bir vətəndaş orta hesabla il ərzində 2246 saat çalışır. Bu isə həftə ərzində 43 saat iş rejimi deməkdir.

İnsanların il ərzində ən az çalışdığı ölkə isə Almaniyadır. Hər alman bir ildə orta hesabla 1371 saat çalışır. Bu isə həftə ərzində 26,3 saat, bir iş günü müddətində isə 5,2 saat deməkdir.

İkinci pillədə isə uzun müddət bu siyahıya rəhbərlik etmiş Hollandiya gəlir. Hər holland il ərzində 1419 saat işləyir. Bu da hər həftəyə 27,2, hər günə isə 5,4 saat iş müddəti deməkdir.

Siyahıdakı başqa dövlətləri də təqdim edirik:
3. Norveç – bir ildə 1424 saat (bir həftədə 27, 3 saat)
4. Danimarka – bir ildə 1457 saat (28,1 saat)
5. Fransa – 1482 saat ( 28,5 saat)
6. Lüksemburq – 1507 saat (28,9 saat)
7. Belçika – 1541 saat ( 29,6 saat)
8. İsveçrə - 1590 saat (30,5 saat)
9. İsveç -1612 saat ( 31 saat)
10. Avstriya – 1625 saat (31,2 saat)

OXŞAR XƏBƏRLƏR