Bakıda diz qapağının köçürülməsi neçəyədir? – QİYMƏTLƏR

Sağlıq 23 Avqust 2017 18:58 4176
Bakıda diz qapağının köçürülməsi neçəyədir? – QİYMƏTLƏR

Əvvəllər mümükünsüz görünən bir sıra əməliyyatların ölkəmizdə həyata keçirilməsi mümkündür. Hazırda Azərbaycanda  bud – çanaq diz qapaqlarına implant yerləşdirilməsi  kimi əməliyyatlar aparılır.Cərrahi əməliyyatların ucuz və keyfiyyətli  aparılması üçün insanlar klinikalar arasında seçim edirlər. Diz qapağına implant yerləşdirilməsi ilə bağlı  bir neçə klinikaya müraciət etdik.

Seyyah.az turizm və sağlamlıq portalı xəbər verir ki, klinikalardan Fins.az-a verilən məlumata görə, qiymətlər keyfiyyətinə görə dəyişir.Klinikalardan aldığımız məlumata görə qiymətlərin  dəyişməsi,  diz qapağına yerləşdiriləcək implantın hara istehsalı olması ilə bağlıdır. Həkimlərin sözlərinə görə, ən bahalı implantlar sırasında Almaniya istehsalı olanlar ön sıradadır. Bu baxımdan da,  qiymətlər  dəyişir. Bu isə odemək deyil ki, digər ölkə istehsalı olan implantlar keyfiyyətsizdir.

Pasiyentin istəyindən asılı olaraq  implant seçilir və diz qapağına yerləşdirilir. Cərrahi əməliyyatdan bir  neçə gün sonra isə   bu cür pasiyentlər  tədricən ayağa qalxır və diz qapağı ilə bağlı olan problemlər aradan qalxır.Travmatoloqların sözlərinə görə,   diz implantının yerləşdirilməsi   cavanlarda yaşlı insanlara nisbətən daha uğurlu alınır.    

Klinikalar

Tibbi xidmət

Qiymətlər

Dobro Med

Diz implantı

3500 manat

German hospital

Diz implantı

4000 manat

MEDİSTYL

Diz implantı

5000 manat

Medical Plaza

Diz implantı

6000manat

OXŞAR XƏBƏRLƏR