Uşaqlarınızda bu əlamət varsa - HƏKİMƏ TƏLƏSİN

Sağlıq 23 Avqust 2017 19:09 1350
Uşaqlarınızda bu əlamət varsa - HƏKİMƏ TƏLƏSİN

Autizm – erkən yaş dövründə başlayan  həyat boyu davam edən  sosial münasibətlər  və ünsiyyət sferasında problemlərin olması  ilə birlikdə qəbul olunan neyro –psixatrik  bir pozuntudur. Bu  xəstəliyin yaranmasında genetik faktor böyük rol oynayır. Statistikaya görə , dünyada  60 – 70 min nəfər bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da autizmli uşaqların sayı az deyil.

Seyyah.az turizm və saglamlıq portalı xəbər verir ki, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Nigar Məmmədovanın Fins.az- a verdiyi məlumata görə , Azərbaycanda  doğulan uşaqların 30 faizini autizmli uşaqlar təşkil edir. Onun sözlərinə görə bəzən valideynlər 3 yaşına qədər uşaqlarda göstərilən hiperaktivliyi ,  diqqət əskikliyini onların emosionallığını  autizmlə  səhv salırlar. Bu cür hallar 3 yaşa qədər olan uşaqlarda olur. Əslində  3 yaşından yuxarı olan uşaqlar  heç kimlə ünsiyyət qurmursa ,  özünə qapanırsa  onunla danışarkən  gözlərinə baxmırsa – bu autizmin əsas əlamətlərindəndir. Uşaqlara ilkin diaqnozu psixonevroloq qoyur. Onu da deyək ki , autizm  oğlan uşaqlarında  daha çox müşahidə olunur.

Diaqnozdan sonra isə əsas iş psoxoloqun üzərinə düşür. Psixoloqun sözlərinə görə ,  ilkin olaraq  bu cür uşaqların sosiallaşması istiqamətində çalışırlar. Daha sonra isə hiperaktivlik,   emosionallıq, pedoqoji fəaliyyət ,və s.  dəyişikliklər üzərində  iş aparılır. Psixoloq Nigar Məmmədovanın sözlərinə görə,  autizmli uşaqların qidalarına da xüsusi diqqət yetirilməlidir. Ən əsas şirniyyatdan  uzaq durmaq lazımdır. Psixoloq bildirdi ki,  autizmlə bağlı mərkəzlərində tez – tez aksiyalar da keçirilir.

OXŞAR XƏBƏRLƏR