Bakı sakinləri bu maşınlardan xəbərsizdir

Avto 24 Avqust 2017 14:56 1516
Bakı sakinləri bu maşınlardan xəbərsizdir

Bakıda təqribən 1 milyona yaxn avtomobil istifadə edilsə də, paytaxt sakinlərinin böyük hissəsi avtomobil sənayesində baş verən mühüm yeniliklərdən xəbərsizdirlər. Seyyah.az turizm və avtomobil portalı «ACT Azərbaycan»ın  19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

 

Bakıda avtomobillərin sayı artdıqca yanacağa tələbat və yollarda tıxaclar da artır. Bundan başqa avtomobillərdən xaric olan zəhərli qazlar ekologiyanı korlayır. Bütün sadalananların qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə qənaətli və azlitrajlı maşınlardan, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərdən istifadə olunur. Bəs paytaxt əhli avtomobil dünyasında baş verən son texnoloji nailliyyətlərdən xəbərdardırmı ?

 

Sorğu nəticəsində məlum oldu ki, böyük əksəriyyət hibrid avtomobillərin mövcudluğundan ümumiyyətlə xəbərsizdir (73 %).

“Avtomobil alarkən hansını seçərsiz - ənənəvi yoxsa alternativ enerjiylə çalışanını ?” sualına böyük əksəriyyət cavab verə bilməyib (45 %). Cavab verənlər isə benzinlə işləyən ənənəvi avtomobilləri tərcih ediblər (31 %).

 

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

OXŞAR XƏBƏRLƏR