Azərbaycanlılar ən çox bu xəstəliyə görə xaricə gedir

Sağlıq 24 Avqust 2017 14:59 1032
Azərbaycanlılar ən çox bu xəstəliyə görə xaricə gedir

Azərbaycanda ildən – ilə tibbi turizmə maraq çoxalır. İnsanlar həm dincəlmək, həm gəzmək , həm də müalicə almaq üçün xarici ölkələrə  üz tutur. Onu da deyək ki, ölkə daxilində də tibbi turizmə maraq az deyil. Turizm ekspertləri bildirir ki, hazırda tibbi  turizm üçün ilin müxtəlif mövsümlərində  müraciət edənlər olur. Ekspertlərin sözlərinə görə , elə bu məqsədlə ölkəmizə gələn turistlərin  sayı da az deyil. Masallı və Şabrandakı termal sular,  Naftalan nefti Naxçıvanda Duz dağ dünyada ideal  müalicə və istirahət yerlərindən sayılır. Tibbi turizm şirkətləri xəstəliyə uyğun xəstəxana seçməklə , eləcə də xəstənin maddi vəziyyətinə uyğun  xəstəxana seçimində həkimlə xəstənin  şikayətlərinin daha dəqiq şəkildə çatdırılmasında  ən yaxşı ixtisas həkimimnin  seçilməsində  köməklik göstərir.

Seyyah.az turizm və sağlamlıq portalı xəbər verir ki, tibbi ekspert Adil Qeybullanın fins.az-a verdiyi açıqlamasında tibbi turizmin dünyanın hər yerində  olduğunu bildirdi. Onun sözlərinə görə, ölkə əhalisinin getdiyi ölkələr Almaniya, İzrail, Türkiyə və İrandır.Müalicə və müayinə üçün ən çox üz tutulan ölkə isə İran İslam Respublikasıdır. Əvvəllər İranda müalicə xərclərinin ucuz olduğunu deyən müsahibimiz hal – hazırda oradada  müalicə xərclərinin artdığını və bu baxımdan həmin ölkəyə əhalinin axınında azalma müşahidə olunduğunu söylədi. Tibbi ekspertin sözlərinə görə, ən çox əhalinin müraciət etdiyi xəstəliklər  onkoloji,  ürək – damar xəstəlikləri , qarın böşluğunun müxtəlif xəstəlikləri,  öd yolları  və genekoloji xəstəliklərlə bağlıdır. Müsahibimiz onu da vurğuladı ki, İcbari Tibbi Sığorta ölkəmizi tam əhatə etmədiyindən, insanların chek up  müayinələrdən  yararlana bilməməsi,  əhalinin xaricə axınını stimullaşdırır. İcbari Tibbi sığorta olduğu halda vəziyyət kökündən dəyişməlidir və əhalinin xaricə axınında  məhdudiyyətlər olacaq. 

OXŞAR XƏBƏRLƏR