Ən sərfəli avtomobil kreditini hansı bank verir? – FAİZ

Avto 25 Avqust 2017 11:02 6862
Ən sərfəli avtomobil kreditini hansı bank verir? – FAİZ

Bütün dünyada olduğu kimi Azərbaycanda da əsasən avtomobillər daha çox kredit və lizinqlə alınır. Amma avtomobili sadalanan yolla əldə etmək üçün ilk növbədə bu sahəyə kredit ayıran bankların olması vacibdir. Bəs görəsən Azərbaycanda avtomobil kreditini hansı banklar verir. Seyyah.az turizm və avtomobil portalı xəbər verir ki, fins.az avto kredit verən bankların siyahısını öyrənib. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 32 bankdan, demək olar ki, çox az sayda bank bu sahəyə kredit ayırır. Odur ki, avto kredit verən bankların adını və faiz göstəricilərini təqdim edirik

Bank of Baku yalnız Avto Azərbaycanda satılan avtomobilləri kreditə rəsmləşdirir. Avtomobillər 6-36 aya kreditə verilir. İllik faiz dərəcəsi 20%-dir. Öncədən maşının 50% qiyməti ödənməlidir. Maksimum məbləğ isə 25 min manatdır

Bank BTB – Avtomobil kredit həm ili təzə həm də ili köhnə maşınlara ayrılır. İllik faiz 25-27%. Yeni maşın kreditə götürülərkən 50%, işlənmiş maşın kreditə götürülərkən isə 80% ilkin ödəniş edilməlidir. Kredit maksimum 3 il müddətinə verilir.

Xalq Bank- avto krediti yalnız Avtoluxe avtosalonun maşınlarına ayırır. Kredit maksimum 4 il müddətinə və illik 17% verilir. Qeyd edək ki, 100 minə kimi dəyəri olan avtomobili kreditə götürmək olar. Ancaq yalnız yeni avtomobillər kreditə verilir.

NBC Bank- Yalnız Nissan, Ford, İnfiniti, Renault brendlərinin avtomobillərinə kredit ayırır. Bu bankdan adları çəkilən markalı maşınların həm yenisi həm də işlənmişini əldə etmək olar. İlkin ödəniş 30% olmaqla illik 26% verilir maşınlar. Kredit müddəti isə 3-5 il arasında dəyişir.

Nikoil Bank- Bu bank avtomobil kreditini yalnız Deyvo Ravon markalı avtomobillərə ayırır. Qiyməti 14500-22000 arasında dəyişən bu avtomobillərə ilkin ödəniş 4 min manatdan yuxarı tələb olunur. Kreditin illik fazi dərəcəsi isə 15%-dir.

Yapı Kredi Bank – Bütün yeni maşınlara kredit ayrılır. Kreditin müddəti 12-36 ay arasında dəyişir. İlkin ödəniş olaraq 40-80% ödənməlidir. İllik faiz 24%-dir.

Rabitəbank – Avtomobil krediti yeni və işlənmiş avtomobillərə verilir. Kredit 22-65 yaş arasında olan şəxslərə verilir. 3-24 aylıq müddətə, 30 min manat qədər qiyməti olan avtomobilləri kreditə götürmək olar. İllik faiz isə 24%-dir. Yeni maşınlara ilkin ödəniş 40-50% 1il və 1 ildən çox işlənmiş avtomobillərə isə 80% ilkin ödəniş tələb olunur.

OXŞAR XƏBƏRLƏR